''Özümü yandırdım ki, səsimi ölkə başçısı, Zakir Qaralov eşitsin'' - YARALININ GÖRÜNTÜSÜ +18 ''Özümü yandırdım ki, səsimi ölkə başçısı, Zakir Qaralov eşitsin'' - YARALININ GÖRÜNTÜSÜ +18

''Özümü yandırdım ki, səsimi ölkə başçısı, Zakir Qaralov eşitsin'' - YARALININ GÖRÜNTÜSÜ +18
Загрузка...
Xəbər verdiyimiz kimi, Biləsuvar sakini özünü məhkəmə binası qarşısında özünü yandırıb. yandırıb. Biləsuvar rayonu, Günəşli kənd sakini, 1971-ci il təvəllüdlü İmanov Eldar Allahşükür oğlu rayon Məhkəməsinin qarşısında üstünə benzin tökərək özünə od vurub. O, ağır vəziyyətdə rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. E.İmanov daha sonra Bakıdakı xəstəxanalardan birinə köçürülüb. Bildirilir ki, E.İmanov barəsində Biləsuvar rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə işə baxılırmış. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Bloger Dəyanət Babayev Bakıda xəstəxanaya yerləşdirilən E.İmanovla görüşüb və onunla video müsahibə edib. Yaralı özünü Biləsuvar rayon prokuroru Qabil Əliyevə etiraz əlaməti olaraq yandırdığını deyib. O iddia edir ki, rayon prokuroru onunla şəxsi prinsipi var.
''Qabil Əliyevin mənlə niyə prinsip aparmasının səbəbini bilmirəm. Hadisədən əvvəl də onun qəbuluna getdim, amma qəbul etmədi. Məhkəməyə gəldim və üzərimə benzin töküb od vurdum. Özümü yandırdım ki, səsimi ölkə başçısı, baş Prokuror Zakir qaralov eşitsin. Mən xəstəxanadan çıxıb rayona gedən kimi məni həbs edəcəklər''-deyə E.İmanov bildirdi. 
Загрузка...
Загрузка...

Xəbər lenti