Ziya Bünyadovun əvəzinə hansı siyasi lider öldürüləcəkmiş?

23 Fevral 2018, 14:07
23 Fevral
2018
14:07
454
Загрузка...
Pənah Hüseyn: "Ad çəkilməməsi çox şey deyir”; Əli Orucov: "Əgər belə bir plan olubsa, ən populyar və ən nüfuzlu liderin seçilməsi işlərinə yarayardı”
"Yeni Müsavat”ın son saylarında dərc olunan akademik Ziya Bünyadovu qətlə yetirən və ömürlük həbs cəzası alan Nizami Nağıyevin silsilə müsahibələri oxucular tərəfindən maraqla və heyrətlə qarşılanıb. Həmin müsahibələrdən birində isə qatil iddia edib ki, onların - İrandan "Hizbullah" adına gələn Nəsrullah və qeyrilərinin Z.Bünyadovdan əvvəl bir müxalifət liderini öldürmək planları da olub, lakin bundan vaz keçiblər.

Sitat: "Sonradan Tariyeldən eşitmişdim ki, əvvəlcə bir müxalifət liderini də aradan götürmək planı olub. Amma düşünüblər ki, bunu eləsək, küçəyə heç kim çıxmayacaq. Sonradan baxıblar ki, Ziya Bünyadovun cəmiyyətdə nüfuzu daha çoxdur. Çirkin məqsəd onların idi, bizim saf niyyətimizdən istifadə etdilər."
Bu iddia 1997-ci ilin bu günlərində hansı müxalifət liderinin ictimai rəydə daha öndə olması ilə bağlı sualları ortaya çıxarır. Məlumdur ki, həmin vaxt ölkə müxalifətinin əsas lideri mərhum prezident Əbülfəz Elçibəy idi ki, o da doğulduğu Kələki kəndindən kənara çıxa bilmirdi. Üstəlik, Bakıya girişi də qeyri-rəsmi olaraq, yasaqlanmışdı. Eyni zamanda, həmin il 1998-ci il seçkilərinə az müddət qalırdı və müxalifət hələ seçkiləri boykot etməmişdi. Amma bununla belə, ən güclü illərini yaşayan demokratik düşərgənin Müsavatın başqanı olan İsa Qəmbər, AMİP lideri Etibar Məmmədov kimi nüfuzlu liderləri var idi. Yəni istənilən halda bütün diqqətlər bu iki şəxsin üzərinə yönəlir. Xarici güclər ölkəni qarışdırmaq üçün onlardan hansını hədəf seçə bilərdi?

Həmin vaxtlar müxalifətin əsas simalarından olan AXP sədri, sabiq baş nazir Pənah Hüseyn Ziya Bünyadovun qatilinin iddiaları ilə bağlı musavat.com -a bunları dedi: "O, həbsdə olan şəxsdir, iddialarına bir şəxsin fikirləri kimi baxmaq lazımdır. Əslində "müxalifət lideri", deyərkən ad çəkməməsi çox şeyi deyir. 1997-ci ildə xalqı küçələrə çıxarmaqla bağlı dediklərini isə anlaya bilmədim. Sifarişçilərin xalqı nə üçün küçələrə çıxarmaq istəmələri barədə də dolğun fikirlər yoxdur. 90-cı illərdə məlumdur ki, çox ciddi siyasi proseslər baş vermişdi. 1993-cü ildən sonra tamamilə yeni bir situasiya yaranmışdı. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri baş vermişdi. Bunlar çox ciddi siyasi proseslər idi. Ən müxtəlif cəbhələrdən müxtəlif qüvvələr proseslərə əhəmiyyətli təsir imkanlarına malik idilər. Müxalifətin birlik modeli kimi Demokratik Konqres var idi. O zaman da əsas siyasi qüvvə Demokratik Konqres idi. 1997-98-ci illərdə ölkədə ən ciddi siyasi proseslər gedirdi. Prezident seçkiləri ilə bağlı on minlərlə, bəzən daha çox insanın iştirakı ilə aksiyalar olurdu. Bu baxımdan, açığı, bu şəxsin dedikləri mənə inandırıcı görünmür. Çünki xalqı küçələrə çıxarmağa ehtiyac yox idi, aksiyalara onsuz da insanlar çıxırdı, yaxud çıxası idilər. Onu da qeyd edim ki, o zamanlar insanları aksiyalara çıxarmaq üçün tamam fərqli qüvvələrin təsir imkanları daha geniş idi. O dövrdə SİDSUH da formalaşmışdı, yəni əsas siyasi qüvvələr bir arada idilər. Bu baxımdan, məhz insanları küçələrə çıxarmaq üçün belə bir qətlin törədildiyi fikirləri inandırıcı görünmür. Çünki qətldən öncə və sonralar yüz minlərlə insanın iştirakı ilə o dövrün müxalifəti mitinqlər keçirib. Sizin qəzet başda olmaqla, o dövrün KİV-lərində bu barədə kifayət qədər məlumatlar var. Hətta deyərdim ki, ən geniş məlumatları məhz ”Yeni Müsavat" verib. Bir faktı da deyim, baxmayaraq ki, 1998-ci il seçkilərini müxalifətin əsas aparıcı qüvvələri boykot etmişdi, seçkilərə qatılan Etibar Məmmədov ciddi nəticələr qazanmağa nail olmuşdu... İndi kimsə həbsxanadan nəsə deyə bilər, bu, başqa məsələdir"

AMİP katibi Əli Orucov o dövrdə E.Məmmədovun təhlükəsizliyinin ciddi qorunduğunu söylədi: "Üzərindən illər keçəndən sonra mərhum akademik Ziya Bünyadovun qətli barədə yeni versiyaların və iddiaların ortaya çıxması maraq doğurur. Mənə görə, bu qətllə bağlı hələlik sirr pərdəsi götürülməyib. Deyilənləri hüquq-mühafizə orqanları yenidən araşdırmalı, əsl həqiqətin üzə çıxarılmasına çalışmalıdır. Bu qətldən sui-istifadə edənlər, hakimiyyətdaxili qruplaşmaların bir-birini sıradan çıxarmaq cəhdlərinin də istintaqın və məhkəmənin gedişində olması müşahidə edildi. Onun öldürülməsini ”Hizbullah"a da bağladılar. Mən bilmirəm təzədən söylənilənlər nə qədər həqiqidir. Amma ağılabatan odur ki, bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmağa və qarşıdurma yaratmağa çalışırdı. Bunun üçün hər cür təxribatlar masada olub. Amma Etibar Məmmədovun təhlükəsizliyi həmin dönəmlərdə çox ciddi qorunurdu. Ehtimal etmirəm ki, belə bir qəsd planı baş tuta biləydi.
Digər tərəfdən, prezidentliyə iddiaçılar arasında Əbülfəz Elçibəy, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Lalə-Şövkət də var idi. Hədəf bu liderlərin hər biri ola bilərdi (İlyas İsmayılov, Rəsul Quliyev də iddialılar arasında idi). O dövr çox qarmaqarışıq və gərgin dövr idi. Amma Ziya Bünyadov kimi görkəmli bir ziyalının, alimin, sözünü qorxmadan deyə bilən, cəsarətli bir insanın qətli çox ağır itki idi. Hər biri hədəf ola bilərdi. Çünki bu minvalla məqsəd ölkədə qarışıqlıq yaratmaq, dövlətə inamı sarsıtmaq və beynəlxalq imici zədələmək, beləliklə də basqıları artırmaq ola bilərdi.
Həmin dövrlər Azərbaycana həm Rusiyanın, həm İranın, həm də Qərbin davamlı və ciddi təzyiqləri vardı. Bu gün uğurla irəliləyən beynəlxalq iri kommunikasiya xətlərinin və iri layihələrin həyata keçməsinə mane olmağa çalışılırdı. Xüsusən də Moskva və Tehran bu işdə çox fəal idi. Əgər belə bir plan olubsa, ən populyar və ən nüfuzlu liderin seçilməsi işlərinə yarayardı. Bu, mərhum prezident Əbülfəz Elçibəyin özü də ola bilərdi. Nəzərə almaq lazımdır ki, Elçibəy 1997-ci ilin oktyabrında Bakıya qayıdıb. Ziya Bünyadov da həmin ilin fevralında qətlə yetirilib. Bu baxımdan ilk ağıla gələn hədəf, məncə, Ə.Elçibəy ola bilərdi. Bütün maraqlı tərəflərə Elçibəyin ortadan götürülməsi sərf edərdi".
Загрузка...
Xəbər lenti
-
13:32Ata doğma qızı ilə cinsi əlaqədə olub və... onu satıb
-
13:21Bakı metrosunda faciə: Özünü qatarın altına atdı
-
13:18Taleh Xasməmmədov şərti azadlığa çıxdı
-
12:20Bəzi postlar boş qalıb
-
11:27Bakıda palçıq vulkanı belə püskürdü - FOTO
-
11:25Sumqayıtda faciə: dənizə çıxan gənc oğlanlar yoxa çıxdı
-
11:23“Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı
-
11:21Oqtay Şirəliyevin nazir ikən verdiyi — SON ƏMR
-
01:02Tələbə yoldaşı olan yeni nazirlər
-
23:47Azərbaycanlı ata 5-ə qədər saya bilmədiyi üçün uşağına işgəncə verdi - FOTO
-
23:41Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kimdir? - DOSYE
-
20:42Bakının yeni başçısı olacaq ''Qızıl Zakir'' kimdir?
-
20:04Xanımı: 'Taleh Xasməmmədov təcridxanaya köçürülür'
-
19:28Bu da yeni nazirlər. İlham Əliyev sərəncam verdi - GEDƏNLƏR, GƏLƏNLƏR VƏ BOŞ KRESLOLAR
-
18:12"Qaçqınkom"a yeni sədr təyin olundu
-
17:58Azərbaycanda iki nazir vəzifəsini itirdi
-
17:52Yeni nazirlər təyin edildi: Nazirlər Kabinetinin tərkibi təsdiqləndi - SİYAHI
-
17:36''Sadəlövhcəsinə İlham Əliyevdən islahat gözləyənlər artıq sakitləşsin'' - Baş nazir təyinatına reaksiyalar
-
17:08Yeni baş nazirimiz hansı filmdə rol alıb? (VİDEO)
-
17:00Baş nazirə yeni müavin təyin olundu
-
16:57İki gənc idmançı dənizdə itkin düşüb - Fotolar
-
16:37Qızları zorladığı iddia edilən "falçı Mirseymur"la bağlı yeni iddia- sevgi, xəyanət, intiqam? VİDEO
-
12:54Suriyada Rusiya telekanalının müxbiri güllələnib
-
12:51Bakıda maskalı şəxslər evə basqın etdi
-
12:48Azərbaycanın yeni baş naziri kimdir? - DOSYE
-
12:44Novruz Məmmədov Azərbaycanın yeni baş naziri oldu
-
12:41Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildi
-
11:59Sumqayıtda “JEK” işçisini öldürən ağır cəza alıb
-
11:52Zahid Oruc yeni baş naziri açıqladı: Novruz Məmmədov!
-
11:43Meksikada Avroliqanın kuboku oğurlandı
-
11:30Tanışını toyda bıçaqlayana hökm oxunub
-
11:28Üç yaşlı uşaq hamilə anasını güllələdi
-
10:33Azərbaycanın yeni baş naziri və müavinləri müəyyənləşir - SURPRİZ ADLAR
-
01:25Bakıda altı yaşlı qıza qarşı valideynlərindən iyrənc əməl – VİDEO
-
01:12Hacıbala Abutalıbov istefa verdi – SON DƏQİQƏ
-
23:15Əfqanıstanda yol kənarında yerləşdirilmiş bomba beş nəfərin həyatına son qoyub
-
22:09Əliyev bu Dövlət Komitəsini ləğv etdi
-
21:42Prokuror məşqçiyə 8 il iş istədi
-
21:04Vəkil: 4 uşaq anası ''Bandotdel''də saxlanılır
-
20:28Ağdamlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər - Əllərindən öpürmüşlər...
21 Aprel 2018
20 Aprel 2018
Digər xəbərlər
-
Manşet, Cinayət, Dosye
Azərbaycanlı milyarderin yaxtasına basqın, “Luna” həbs altında
-
Cinayət, Dosye
Экс-владелец Черкизона опасается, что его брата могут «устранить» до суда
-
Video, Dosye
Məşhur biznesmen Ceyhun Cəfərovu güllələyən killerlər necə ələ keçdi... - ƏSL KRİMİNAL
-
Cinayət, Dosye
Mafiozlar arasında atışmada polis zabitini ürəyindən vuran Mahir Şükürov hadisə yerinə aparıldı - FOTO
-
Dosye
Beynəlxalq axtarışa verilmiş “Sumqayıt cəlladı” haqda sensasion xəbər
-
Manşet, Oğru dünyası, Dosye
Lənkəranskidən oğru adını alan, "Lotu Quli"ni məğlub edən bir nömrə - "KRAL"IN DOSYESİ
-
Dosye
Rus səfirin qətli ilə bağlı yeni təfərrüat ortaya çıxdı
-
Cinayət, Dosye
Tovuzdakı qətl işi: şübhəliləri marketdən alınan “skoç” ələ verib
-
Cinayət, Dosye
Narkoloji Mərkəz yanğınında sensasion həbs: bir alışqan 25 nəfəri necə məhv edib...