Ziya Bünyadov prospektində minik maşını yanıb - FOTO

Ziya Bünyadov prospektində minik maşını yanıb - FOTO
Загрузка...
Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində "AzSamand" markalı minik avtomobili yanıb. "Report” xəbər verir ki, yanğın taksi fəaliyyəti ilə məşğul olan "10-TD-109" dövlət qeydiyyat nişanlı maşının mühərrik hissəsində qəfil alışma nəticəsində baş verib.
Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun avtomobilin benzin çəni hissəsinə keçməsinin qarşısı alınıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb. Hadisə nəticəsində yolda sıxlıq yaranıb. 





Загрузка...
Загрузка...

Xəbər lenti