Yasamal rayonunda qeyri-adi qarət

Yasamal rayonunda qeyri-adi qarət
Загрузка...
Fevralın 13-də, axşam saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində qəribə qarət hadisəsi baş verib. Oxu.Az-a Yasamal rayonu Polis İdarəsindən verilən məlumata görə, naməlum şəxs açıq qalmış qapıdan Bünyadzadə küçəsində yaşayan, 1966-cı il təvəllüdlü R.Novruzovanın mənzilinə daxil olub. Hadisə 17:50 radələrində baş verib.
Cinayətkar qadına bıçaqla hədə-qorxu gələrək onu evdə olan ümumilikdə 10 min manat dəyərində qızıl-zinət əşyalarının yerini göstərməyə məcbur edib. Qiymətli əşyaları oğurladıqdan sonra cinayətkar qadının sağlamlığına heç bir ziyan vurmadan, hadisə yerini tərk edib. Hadisə ilə əlaqədar Novruzova Yasamal rayonun 28 saylı Polis İdarəsinə ərizə ilə müraciət edib.
İşi Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsi araşdırsa da, qadının dedikləri müəyyən şübhələr doğurur. Hüquq-mühafizə orqanı əməkdaşları heç bir qarətin olmadığını bildirir. Belə ki, müstəntiqlərin fikrincə, evində pulları və qiymətli kağızları olan şəxs qapını heç vaxt açıq saxlamaz. Böyük ehtimalla, qadın bu yolla yoxa çıxmış qızıllarla bağlı bəhanə gətirməyə çalışıb. Həqiqəti müəyyən etmək üçün müstəntiqlər şikayətçi ilə bağlı məlumatları nəzərdən keçirir.
Qeyd edək ki, bəzi hallarda pulların və ya qızıl-zinət əşyalarının yoxa çıxmasına görə məhz şikayətçilər özləri cavabdeh olur və müxtəlif silahlı qarətlərlə bağlı uydurmalar irəli sürürlər.
Загрузка...
Загрузка...

Xəbər lenti