Xalq artisti Leyla Şıxlinskayanın barəsində cinayət işi başlandı

Xalq artisti Leyla Şıxlinskayanın barəsində cinayət işi başlandı
Загрузка...
Azərbaycanda məşhur klinikasının xanım rəhbərinə qarşı cinayət işi açılıb. Bu barədə Criminal.az saytına klinikanın keçmiş baş mühasibinin müavini Polad Əliyev məlumat verib.
Onun sözlərinə görə, "Leyla Şıxlinskaya" klinikasında aparılan araşdırmalar öz haqülı nəticəsini verdi. Müəssisənin rəhbəri, Xalq artisti Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlandı.
P.Əliyev bildirdi ki, cinayət işinin istintaqı Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.
Xatırladaq ki, həmin klinika ilə bağlı daha bir cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Həmin işdə "Leyla Şıxlinskaya" klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva təqsirləndirilir. Lakin təqsirlədirilən şəxslər L.Şıxlinskayanın özünü ittiham edirlər. Deyirlər ki, L.Şıxlinskaya onları şərləyib. 
Klinika rəhbəri keçmiş işçilərini klinikaya daxil olan vəsaitlərinin məsuliyyətə cəlb olunması ilə kifayətlənmir, 804 min 343 mana pul tələb edir.
Загрузка...
Загрузка...

Xəbər lenti