Vergilər Nazirliyinin ''Turan'' agentliyinə qarşı qərarı ləğv edilib

Vergilər Nazirliyinin ''Turan'' agentliyinə qarşı qərarı ləğv edilib
Загрузка...

Məhkəmə agentliyin iddiasını təmin edib 

1 saylı Bakı İqtisad Məhkəməsində dekabrın 19-da “Turan” İnformasiya Agentliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiası təmin olunub. 

Bununla da agentyliyə qarşı hesablanmış vergilərə dair 15 sentyabr 2017-ci il qərarları ləğv edilib.

Meydan TV-yə bu barədə məlumat verən vəkil Fuad Ağayev qeyd edib ki, məhz Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qərarları əsasında agentliyə qarşı cinayət işi açılmışdı və nəticədə Mehman Əliyev həbs olunmuşdu. 

Vəkil xatırladıb ki, sentyabrın 11-də vergilərin hesablanmasına dair qərarlar ləğv edilsə də, dörd gün sonra eyni məbləğ göstərilmiş 3 qərar yenidən ortalığa çıxdı, agentliyə qarşı təxminən 35 min manatdan artıq vergilər və maliyyə sanksiyaları hesablandı. 

Ardınca vəsaitin silinməsi üçün  “Turan” İnformasiya Agentliyinin hesablarına sərəncam qoyuldu. 

F.Ağayev bildirib ki, bank hesablarının açılması üçün məhkəmələrdə iddia qaldırlıdı və sərəncam götürüldü. 

“Bununla belə departament qərarın özünü ləğv etdmirdi və bildirirdilər ki, sərəncamı götürmək qərarın ləğv olunması kimi bir şeydir. Onlar bizim suallarımızı cavablandıra bilmədilər ki, necə olur qərarlar əvvəl ləğv olunmur, sonra ləğv edilir. Nəticədə qərarların formal hüququ baxımdan qüvvədə olması sübuta yetirildi. Nəhayət, bugün məhkəmə departamentin 15 sentyabr qərarlarını ləğv etdi”.

Lokal Gəlirlər Departamenti avqustun 7-də “Turan” agentliyini 2014-2016-cı illər üçün 27 min manat vergidən yayınmada ittiham edib. Cərimə ilə birlikdə ümumi məbləğ 38 min manatdan çox təşkil edib. Agentliyə qarşı cinayət işi açılıb və cinayət işi çərçivəsində avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. O, sentyabrın 11-də Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib.

Oktyabrın 30-da Vergilər Nazirliyi cinayət işinə xitam verib, noyabrın 2-də isə bu Baş Prokurorluq tərəfindən təsdiqlənib.

Загрузка...
Загрузка...

Xəbər lenti