''Uşaqlar ac-yalavac dərsə gedirlər, ataları isə Bakıda avaralıq edir'' ''Uşaqlar ac-yalavac dərsə gedirlər, ataları isə Bakıda avaralıq edir''

''Uşaqlar ac-yalavac dərsə gedirlər, ataları isə Bakıda avaralıq edir''
Загрузка...
''Uzun müddətdir xəstəyəm, fiziki iş görə bilmirəm. Uşaqlar ac-yalavac dərsə gedirlər. Ataları da Bakıda avaralara qoşulub gündəlik qazandığı 30-40 manatı yeyib-içməklə məşğuldur''.
Bu sözləri bir müddət əvvəl həyat yoldaşında boşanan Şəki rayonu, Baş Göynük kənd sakini Şəlalə Abdurahmanova deyir.
Şikayətçi bildirir ki, həyat yoldaşı Tahir Əbdülrəhmanovla nigahda 12 və 14 yaşlı iki övladı var. Tahir 7-8 il əvvəl iş adı ilə Bakı şəhərinə gedib, aldığı şəxsi ''QAZEL'' markalı yük avtomobili ilə Z.Bünyadov prospektində taxta sexlərində sürücülük etsə də, ailəsinə ildə bir neçə dəfə 30-50 manat pul göndərib. Lakin son illər o hətta ailəsinə baş çəkməyə və yardım göstərməyi dayandırdı. Məlumat aldım ki, onunla rəsmi nikahımızın olmasına baxmayaraq Tahir 2017-ci ilin əvvəlində İsmayıllı rayonundan bir uşaqlı qadın alaraq yenidən evlənib. Ona görə də mən məcbur olub nikahdan düşmədən uşaqlara alimentin verilməsi barədə məhkəməyə müraciət etdim. 2017-ci ilin aprelində hər uşağa görə 75 manat pul ödənişi edilməsi barədə qətnamə qəbul etdi. İşin icrası Şəki İcra Şöbəsinin məmuru Məmməd Məmmədova həvalə edilib. Lakin Tahir məhkəmə qərarına məhəl qoymur, alimenti ödəmirdi. 
Tahir Abdulrahmanov
Ş.Əbdülrəhmanova məslənin həlli üçün əvvəl icra şöbəsinin sədrinin qəbuluna da gedib: ''O da icraçı Məmmədə tapşırdı. İcra məmuru əvvəlcə məni arxayın saldı ki, Tahirin telefonunu ver danışım. Onu 3 günə Şəkiyə gətirdəcəm, gəlməsə barəsində axtarış verdirib həbs etdirəcəm və s. O, Tahirlə mənim yanımda danışdı. Sonra dedi ki, narahat olma get evə. Amma aradan aylar keçsə də nəticə olmadı. Yenə icra məmurunun qəbuluna gəldim. Bildirdi ki, Tahirin ödəyəcəyi 2150 manatdır. Amma biz heçnə edə bilmirik. Siz gedin Şəki Polis İdarəsində pasprtstolda işləyən Etibar müəllimə yaxınlaşın. Qoy onlar Tahiri Bakıdan rayona gətirsinlər. Etibar müəllimlə görüşdük. O da telefonla Tahirlə danışıb alimentin ödənilməsini tələb etdi. Amma faydası olmadı. Hazırda qaynatamgilin evində bir atağa sığınmışıq. Həmin otağı da min bir əzziyətlə ala bilmişik''. 

İki uşaqlı ananın məskunlaşdığı qaynata evi. 
T.Abdulrəhmanov Criminal.az saytına açıqlamasında bildirdi ki, bir müddət əvvəl 700 manat ödəyib. Onun sözlərinə görə, bütün ödənişlərini qəbzsiz edib.
''İşim yox idi. Ona görə də gücüm çatan 100-150 manat göndərmişəm. Mənim 2150 manat ödənməmiş pulum qala bilməz. Axı arada 600 manat da göndərmişəm''-deyə T.Abdulrahmanov bildirdi. 
İcra məmuru Məmməd Məmmədov isə saytımıza bildirdi ki, həmin işlə bağlı qarşı tərəf T.Abdulrəhmanov axtarışa verilib. Onun sözlərinə görə, vətəndaş gətirilən kimi qanunla barəsində tədbir görüləcək:
''Hazırda Tahir Bakıda yaşadığından axtarışa vermişik. Polislər onun gətirilməsi üçün tədbir görür. Zəng edib özü ilə danışırıq, amma gəlmir. Onlar bir dəfə qadının ərizəsi ilə barışıblar. Aliment istəmədiyinə dair ərizə yazmışdı. Görünür sonradan yenə problemləri olduğundan icra şöbəsinə ərizə ilə şikayət edib. Biz də həmin ərizayə reaksiya verərək axtarış başlatmışıq. Qarşı tərəflər barışıq ərizəsi gətirməsə və ya aliment ödənməsə axtarış dayandırılmayacaq''.  



Загрузка...
Загрузка...

Xəbər lenti