Загрузка...

Rövşən Lənkəranskinin qisasını kim alacaq? - Məşhur mafioz "Lotu Quli"dən üzr istədi

Rövşən Lənkəranskinin qisasını kim alacaq? - Məşhur mafioz
Загрузка...
Xəbər verdiyimiz kimi, "Sputnik Azərbaycan” 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru” Rövşən Canıyevin qardaşı Namiq Canıyevin İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılması barədə xəbər yayıb. Sayt Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bildirib ki, guya Canıyevlə birlikdə ötən ilin noyabrında "qanuni oğru” Nadir Səlifova qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad ediliblər.
 
Səlahiyyətli mənbələrdən əldə edilən məlumata görə, bu informasiya həqiqətə uyğun deyil. Namiq Canıyev Azərbaycanın 4 vətəndaşı ilə birlikdə yalnız zaminə buraxılıb. Türkiyəni tərk etmək qadağan edilib. PrimeCrime məlumat verir ki, üstəlik, məhkəmə təhqiqatının tamamlanmasına qədər, onların yaşamamaq səbəbləri çoxdur və buna görə həftədə iki dəfə türk polisində qeydiyyatdan keçməlidirlər. Türk Mafiozları Quliyə onun duşmənlərinin işini həbsxanada bitirmək təklif etsələr də o  bununla razılaşmayıb və düşmənləri ilə özü hesablaşacağını bildirib.
 
Məlumatlarda deyilir ki, Türkiyə yeraltı dünyasının kralı hesab olunan Sedat Peker, Namiq və Hacı ilə əməkdaşlıq etdiklərinə görə Şirinlər qruplaşmasının üzvlərinin üzr istədiklərini bildirib. Onlara böyük məbləğ təklif olunub. Sifarişlə kimi öldürəcəkləri barədə isə məlumatları olmayıb deyə Sedat Peker Lotu Quliyə bildirib.
Qeyd edilir ki, Rövşən Lənkəranskinin ölümündən sonra onun sıx əlaqədə olduğu şəxsləri gürcü ''qanuni oğru'' Merab Canqveladze qanadları altına alıb. Lakin o Quliyə bu plandan xəbərsiz olduğunu hətta Hacı azadlığa çıxdıqdan sonra onu Quliyə təhvil verəcəyinə söz verib.
Hal-hazırda isə Rövşən Lənkəranskinin bir nömrəli varisi, oğru dünyasının ümumavropa kassasının nəzarətçisi, çeçen əsilli ''Şeyx Həmzət'' ləqəbli, Həmzət Qastəmirov, Lotu Quliyə qarşı bir nömrəli düşmən mövqeyində olan şəxs sayılır. Şeyx Həmzət, Rövşən Lənkəranskinin qisasını almağa söz verib. Həmzət Qastəmirov bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb.

Xatırladaq ki, noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları Lotu Quliyə qarşı qarşı sui-qəsd hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət quldur qrupu gəlib.

Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM” ticarət mərkəzində saxlanılıb. Dəstəyə öldürülən "qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib. Qrupa Hacı Beyləqanski, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, habelə Şirinlər krminal qruplaşmasının üzvləri Əbdürrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin daxil olublar.

 
Загрузка...
Загрузка...

Xəbər lenti