Türkiyədə narkobaronlara qarşı əməliyyat: bir azərbaycanlı tutuldu

Türkiyədə narkobaronlara qarşı əməliyyat: bir azərbaycanlı tutuldu
Загрузка...
Türkiyənin Balıkəsir vilayətində narkotik maddə ticarəti ilə məşğul olan şəxslərlə bağlı əməliyyat keçirilib. Türkiyə mətbuatı xəbər verir ki, vilayətin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir evdə keçirilən əməliyyat zamanı 3 əcnəbi tutulub.
Şübhəlilər uyuşdurucu maddəni dolaba qoyarkən tutulublar. Saxlanılanların üzərindən 5, 49 qram xüsusi təhlükəli narkotik aşkarlanıb. Polisdə dindirilmələrdən sonra şübhəlilərlə bağlı məlumatlar prokurorluğa göndərilib.
Məhkəmə azərbaycan əsilli Ş.N. barəsində həbs qərarı çıxarıb. Türkmənistan vətəndaşları J.T. və T. Ö. Isə sərbəst buraxılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti