Türkiyə helikopterinin qəza anı: Kim və necə vurub? - Video

Türkiyə helikopterinin qəza anı: Kim və necə vurub? - Video
Загрузка...
Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopter raketlə vurulmayıb. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. O bildirib ki, helikopterin vurulmasına dair izlər yoxdur: "Görüntülərdə 3 hekopterimizin uçduğunu görürük. Uçuş əsnasında helikopterlərdən biri idarəetməni itirir və daha sonra onun partladığı müşahidə edilir. Bunun sui-qəsd olma ehtimalı da var. Həmçinin qəza texniki nasazlıq səbəbindən də baş vermiş ola bilər”.
Maraqlıdır ki, Yutub sosial şəbəkəsində yayılan helikopterin qəza anını əks etdirən və YPG-nin yaydığı ehtimal edilən videoda da helikopterin vurulduğunu təsdiqləyən heç bir dəlil yoxdur. Qeyd edək ki, TSQ "Zeytun budağı” əməliyyatı zamanı helikopterin yerə düşmə səbəbini araşdırır. Hadisə nəticəsində 2 əsgər şəhid olub.
Загрузка...
Загрузка...

Xəbər lenti