Загрузка...

Toyuna 10 gün qalmış şəhid olan gizirin doğum günüdür - FOTOLAR

Toyuna 10 gün qalmış şəhid olan gizirin doğum günüdür - FOTOLAR
Загрузка...

 Aprel döyüşləri zamanı şəhid olan hərbçi Teymur Qasımovun doğum günüdür. Femida.az xəbər verir ki, 04 yanvar 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gələn Teymur Qasımov Mingəçevir İnternat məktəbinin məzunu olub.

O, eyni zamanda tanınmış idmançı idi. 2012-ci ildən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, 2013-cü ildən isə gizir kimi vətənə xidmət edib. 2016-cı ilin aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda gedən son döyüşdə şəhid olub.Şəhid aprelin 9-da Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Teymur Qasımov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Xatırladaq ki, həmin ilin aprelin 14-də Teymur Qasımovun nişanı olmalı idi.

ToyunaToyunaToyunaToyunaToyunaToyuna
Загрузка...
Загрузка...

Xəbər lenti