Загрузка...

Toyda oynamaq üstündə iki qardaş bıçaqlanıb: "Ləqəbi "Pişik” olan Elşən dedi ki..." - Təfərrüat

Toyda oynamaq üstündə iki qardaş bıçaqlanıb:
Загрузка...

Toyda oynamaq üstündə baş verən dava iki qardaşın bıçaqlanması ilə nəticələnib. Davada iştirak edən şəxslərin cinayət işi üzrə məhkəmə iclası keçirilib. İki qardaşı bıçaqlayan şəxs cəzasından narazı qalıb.

Musavat.com xəbər verir ki, 1990-cı il təvəllüdlü Nicat Baxışov Cinayət Məcəlləsinin 126.2.2 (qəsdən sağlamlığa zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri, Qəhrəmanov Təhmasib Səhrad oğlu isə 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Hər iki şəxs toyda baş verən davaya görə cinayət məsuliyyətinə cəlb ediliblər.

İttihama görə, adıçəkilən şəxslər 22 sentyabr 2015-ci il tarixdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki “Nərgiz” şadlıq sarayında Söhbət İslamovun toy məclisində içtirak ediblər.

Toy məclisində iştirak edən Ramin İbrahimov, Elşən Dərgahov və digər qonaqlar zalda rəqs edərkən toy sahibinin qohumu Təhmasib Qəhrəmanov rəqs edənlərin fasilə vermələri ilə üçün müraciət etdiyinə görə məclisi tərk ediblər.

Məclisi tərk edənlər bəyin dostları olub.

İttihamda yazılır ki, saat 21:30 radələrində şadlıq sarayının qarşısında dayanıb toyda baş verənləri müzakirə etdikləri vaxt Təhmasib Qəhrəmanovun Elşən Dərgahovu qəflətən yumruqla vurması səbəbindən aralarında kütləvi dava baş verib.

Sərxoş olan Nicat Baxışov isə, dostu Elşən Dərgahovun digər şəxslər tərəfindən döyüləcəyi ehtimalını bəhanə edərək üzərində gəzdirdiyi bıçaqla Elnur Qəhrəmanova və Buksay Zərbəliyevin hərəsinə bir bıçaq zərbəsi vurub.

Nicat Baxşıyev da istintaqda belə ifadə verib və özünü qismən təqsirli bilib. Bəyin dostu olan N.Baxşıyevə oynadıqları zaman toydan çıxarılmalarının davaya səbəb olduğunu söyləyib.

Digər təqsirləndirilən şəxs Təhmasib Qəhrəmanov isə ifadəsində bildirib ki, xalası oğlu Söhbətin toy məclisində anası, bacıları, xalaları, gəlinləri rəqs edərkən qonşularından olan bir nəfər onlarla rəqs etməyə başlayıb. Xalası oğlu Cambul həmin oğlana yaxınlaşıb, qadınların arasından çıxmasını xahiş etsə də, həmin şəxs buna əhəmiyyət verməyib və rəqs etməyə davam edib.

"Cambul təkrar həmin oğlana yaxınlaşdı. Qoluna girib arxasınca foyeyə tərəf apardı. Elnur və bir neçə qohumları onları əhatəyə aldı. Qardaşım Elnur Cambulu zala qaytardı. Ramin özü ilə bir masada oturan digər şəxslərlə birlikdə zaldan çıxdı. Bundan az sonra dayım Əflatun aranı sakitləşdirmək üçün bəyin dostlarını içəri dəvət etdi, musiqiçilərə istədikləri mahnını sifariş verib rəqs etmələrinə şərait yaratdı. Onlar da təxminən 20 dəqiqəyə yaxın rəqs etdilər".

Təhmasib Qəhrəmanov mikrafonla məclisə plov gətiriləcəyini elan edərək rəqs edənlərdən ortalığı boşaltmalarnı xahiş edib. Elə dava da bundan sonra başlayıb.

Mahnının kəsilməsindən sonra rəqs edənlərin bəziləri masalarına qayıdıb, digərləri isə məclisi tərk ediblər.

T.Qəhrəmanov deyib ki, çölə çıxan qonaqlar qardaşı ilə mübahisə edib:

“Küçəyə çıxanda Söhhbətin dostlarından bir neçəsinin qardaşım Elnurla söhbət etdiyini gördüm. Elnur qarşısında dayanmış, ləqəbi "Pişik” olan Elşən adlı oğlana dedi ki, “bizdən inciməyin, hamımız toy sahibinin yaxın adamlarıyıq, bir-birimizi də yaxşı tanıyırıq. Bunları nəzərə alaraq bir birimizin hərəkətini acıqlı qəbul etmək lazım deyil”. Elşən bir əlini Elnurun çiyninə qoyub “ə, kələ, mən səni tanımıram, sən isə məni tanımalısan” dedi və qardaşıma acıqlandı. Onlara yaxınlaşanda Elşəni yumruqla vurub yerə yıxdım. Bu zaman Elşənin yanındakı oğlanlar və qohumlar bizi əhatəyə aldı. Qarışıqlıq yarandı. Qardaşım kiminsə onu bıçaqla vurduğunu dedi. Elnurun yaralandığını görüb onu kənara çəkdim. Digər qardaşım Sənyarın da vurulduğunu bildim. Xalamın əri Buksay Sənyarın köməyinə gələndə onu da kimsə kürəyindən yaralayıb”.

T.Qəhrəmanov qardaşlarını bıçaqlayan şəxsin kim olduğunu görmədiyini söyləyib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və məhkəmənin hökmü ilə iki nəfəri bıçaqlamaqda ittiham edilən Nicat Baxışov 8 il azadlıqdan məhrum edilib.

Təhmasib Qəhrəmanov isə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. O, bu cəzadan apellyasiya şikayəti verməyib.

Bu cəzadan Nicat Baxşıyev apellyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi N.Baxşıyevə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verib.

Dövlət ittihamçısı bu qərardan kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə kassasiya protestini təmin edib və qərar ləğv edilərək yenidən Apellyasiya Məhkəməsinə göndərilib.

Məhkum Nicat Baxışov şikayətində məhkəmənin hökmü ilə razı olmadığını bildirərək, cinayət işinə apellyasiya qaydasında yenidən baxılmasını xahiş edib.

Nicat Baxışovun vəkili Cabir Mehrəliyev apellyasiya şikayətində qeyd edib ki, Nicat Baxışovun ibtidai istintaq zamanı verdiyi ziddiyyətli və rabitəsiz ifadəsi birbaşa sübutla təsdiqini tapmasa da, ibtidai istintaq orqanı qərəzli olaraq ona törətmədiyi cinayətlə əlaqədar ittiham elan edib.

İşə yenidən baxan məhkəmə kollegiyası hesab edib ki, apellyasiya şikayəti təmin edilməsə də hökm cəzanın ağırlığına görə dəyişdirilməlidir.

İbtidai araşdırma və məhkəmə istintaqı zamanı toplanmış subutların məcmusuna qiymət verən məhkəmə kollegiyası hesab edib ki, məhkum Nicat Baxışovun cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərcəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilib.

Məhkəmənin qərarı ilə N.Baxışov barəsində qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Загрузка...
Загрузка...

Xəbər lenti