''Təkcə bu fakt rejimi ifşa edir'' - Əli Kərimli

''Təkcə bu fakt rejimi ifşa edir'' - Əli Kərimli
Загрузка...
''Gözəl Bayramlıya qədər Azərbaycanda gömrükdə bəyan etmədən pul gətirməyə görə həbs edilәn olmayıb. Təkcə bu fakt rejimi ifşa edir. Onu hətta hökumət də az ağır cinayətdə ittiham edir. Bu cinayət üzrə nəinki azadlıqdan məhrum etmə cəzası, hətta həbs qətimkan tədbiri də absurddur''.
Bu fikirləri 'twitter'' hesabında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli yazıb.
Xatırladaq ki, Qazax rayon Məhkəməsinin hökmü ilə Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb. Özünü şübhəli apardığına görə onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. İlkin araşdırmalarla Gözəl Bayramlının 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib. Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti