Təkayaqla 11 saat çalışan müharibə əlili - VİDEO Təkayaqla 11 saat çalışan müharibə əlili - VİDEO

Təkayaqla 11 saat çalışan müharibə əlili - VİDEO
Загрузка...
Nəbi İsayevin zamanı iş üçün axır. O, sutkanın 11 saatı bir ayağı ilə çörək dalınca qaçır. Səhər taksi sürür, günortadan gecə 1-ə işləmişə kimi avtobuslara nəzarət edir. "Müharibədən gəlmiş adam üçün 370 manat azdır. Amma indi nə edə bilərik?”
Müharibə demiş, 48 yaşlı Nəbi İsayev 1992-ci ildə Cəbrayılda gedən döyüşlərdən getdiyi kimi qayıtmayıb. Bir ayağını itirib, o biri də güllə yarası alıb. Deyir, aldığı pensiya güzəranına yetsəydi, heç 11 saat işləməyə ehtiyacı olmazdı. "İkinci ayağım da, bir az gücə düşəndə ağrımağa başlayır. Əgər belə vəziyyətdə işləyirəmsə, özüm ailəmi dolandırıramsa, dövlətin bəzi məmurları nəyimə lazım idi?”
İkinci qrup əlil həftənin bütün günü işləsə də, ürəyincə dincələ bilmir. İstirahətdən illər öncə başına gələn maraqlı əhvalat kimi söz açır. Əlil olduğu üçün əvvəllər hər il dövlətin dəstəyi ilə müalicəyə göndərilirmiş. Amma indi o qapı da üzünə bağlıdır.
"Qapılarına gedəndə elə bilirlər ki, şəxsi evlərinə gedirsən. Az qalırlar ki, adamın başını yaralar. O biabırçılıqdansa, heç getməsən yaxşıdır. Pul, ya "putyovka" verib məni harasa göndərmək çətin ağıllarına gələ. Düzü, indi o imkan yoxdur ki, istirahət edəsən. Bir ay işsiz qal, get müalicə al. Sonra da gəl evdə oboylarla məşğul ol”. Ömrünü yollarda keçirsə də, Nəbi İsayev həyatından narazı deyil . Ayaqlarını itirdiyi üçün də peşmanlıq çəkmir. "Yenə çağırsalar, yenə gedərəm"- deyir. 

Загрузка...
Загрузка...

Xəbər lenti