Söyüşə görə dostunu bıçaqlayıb: "Elə söydü ki, burada deyilməli deyil"

Söyüşə görə dostunu bıçaqlayıb:
Загрузка...
Söyüşə görə dostunu bıçaqlayana şəxs hakim qarşısına çıxarılıb. O, əməlini etiraf edib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində anasını söyən dostunu bıçaqlamaqda təqsirləndirilən 1994-cü il təvəllüdlü Eltun Salamovun məhkəməsi keçirilib. Hkim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.
İttihamda yazılır ki, E.Salamov 2018-ci il iyulun 4-də Xəzər rayonu, Şağan qəsəbəsində baş verib. Eltun dostu Çingiz Adıgözəlova onu söyüb təhqir etməsinə görə iki bıçaq zərbəsi vurub. Xəstəxanaya yerləşdirilən Ç. Adıgözəlovun həyatını xilas etmək mümkün olub. Sərbəst ifadə verən Salamov özünü təqsirli bilib və ittihamı qəbul etdiyini deyib. Qeyd edib ki, Çingizi çoxdan tanıyır və münasibətləri yaxşı olub.
"Çingiz Şağanda kafe işlədirdi. Həmin gün orada yemək yedik. O araq içmişdi, mübahisəmiz düşdü, məni, valideynlərimi, söydü. Elə söydü ki, burada deyilməli söz deyil. Mən də çıxıb getdim. Ondan bir neçə gün əvvəl dostlarımla dənizə getmişdik. Orada qarpız, kolbasa doğramaq üçün bıçaq götürmüşdüm. Qayıdanda da bıçağı yaxınlıqdakı boş həyətə atmışdım. Gedib həmin bıçağı götürüb geri qayıtdım. Gəlib Çingizlə yenidən mübahisə etdim, onu bıçaqladı"- deyə təqsirləndirilən şəxs bildirib. Məhkəmədə zərərçəkmiş Ç. Adıgözəlov iştirak etməyib. Məhkəmə posesi sentyabrın 26-da davam etdiriləcək.
Qeyd edək ki, E.Salamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.
Загрузка...
Загрузка...

Xəbər lenti