Загрузка...

Suriyada azərbaycanlı İŞİD-çi tutuldu – VİDEO

Suriyada azərbaycanlı İŞİD-çi tutuldu – VİDEO
Загрузка...
Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, o, YPG kürd dəstələri tərəfindən saxlanılıb. İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Razik Maksimovdur və əslən Azərbaycandandır.
Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rakka, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb. Terrorçu qeyd edir ki, Suriya sərhədini keçmək çox asandır. Belə ki, "orada çoxlu qaçaqmalçı var”:
"Onlar insanları pulla Türkiyəyə keçirirlər. Orada sənədləri saxtalaşdırmaq imkanı var, sonra isə Avropaya getmək olar”. R. Maksimovdan əlavə, videomüsahibədə daha iki İŞİD-çi dindirilir. Onlardan biri dağıstanlı Vladimir Yureviç Oleynikov, digəri isə adının açıqlanmasını istəməyən Almaniya vətəndaşıdır.

Загрузка...
Загрузка...

Xəbər lenti