Sui-qəsd pərdəsi qalxır, ipin ucu italyan restoranına aparır

Sui-qəsd pərdəsi qalxır, ipin ucu italyan restoranına aparır
Загрузка...
 London Prokurorluğu hadisənin ətraflı araşdırılacağını açıqlayıb Ötən həftə Londonda qızı ilə birlikdə küçənin ortasında huşsuz vəziyyətdə tapılan, hazırda xəstəxanada koma halında olan Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Skripal haqqında maraqlı fakt üzə çıxıb. Criminal.az bu barədə BBC-yə istinadən xəbər verir. 

Məlumata görə, keçmiş agent və qızının komaya düşmələrinə səbəb Londondakı "Zizzi" adlı italiyan restoranında yedikləri yemək olub. İngiltərə polisindən bildirilib ki, onların yeməyinə sinirləri iflic edən kimyəvi qaz əlavə edilib. Zərərli maddə onlara 2 saat sonra təsir göstərib. Skripal və qızı alış-veriş mərkəzinin qarşısında anidən yerə yıxılıblar. Təcili xəstəxanaya yerləşdirilən agent və qızının həyati təhlükəsi davam edir. London Prokurorluğu hadisənin ətraflı araşdırılacağını açıqlayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti