Загрузка...

“Üstümdə idi, yoxladılar, çıxdı” - Evində narkotik gizlədən şəxs + VİDEO

“Üstümdə idi, yoxladılar, çıxdı” - Evində narkotik gizlədən şəxs + VİDEO
Загрузка...
Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilib. ARB TV xəbər verir ki, Salyan şəhər sakini, 38 yaşlı Natiq Əliyev şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
Bundan sonra Natiq Əliyevin yaşadığı evdə axtarış keçirilib. İkinci mərtəbədə yerləşən otaqdan 1 ədəd sellofan bükümdə, ümumi çəkisi 30,556 qram olan narkotik vasitə - tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. İlkin istintaq zamanı Natiq Əliyev törətdiyi cinayəti etiraf edib.
Natiq Əliyev – Saxlanılan şəxs: "Tapmışdım. Üstümdə idi, yoxladılar, çıxdı, gətirdilər bura”. Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti