Загрузка...

Sosial şəbəkələrdə İNTİM TƏKLİFLƏR - Hər seksual şəkilə...

Sosial şəbəkələrdə İNTİM TƏKLİFLƏR - Hər seksual şəkilə...
Загрузка...
 İstifadəçilər sosial şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edirlər. Məsələn, dost tapmaq, yaxın adamlarla ünsiyyətdə olmaq, xəbərləri izləmək və sair. Amma bu istifadəçilər arasında insanları aldadaraq müəyyən qənimət əldə etmək istəyənlər də var. Yəqin ki, "Odnoklassniki”, " Facebook” və bir sıra şəbəkələrdə açıq-saçıq şəkillərini paylaşanlara rast gəlmisiniz.
 
Bu şəkilləri paylaşıb izləyicilərinə intim münasibət təklif edənləri də. Ən acınacaqlı məqam ondan ibarətdir ki, bu "təklifi” edən xanımın statusunda bəylər necə deyərlər, bir-biri ilə "yarışa çıxır”. Ancaq heç də həmişə bu "təkliflər”in arxasında dayanan əsas məqsəddən xəbərdar olmurlar. Belə ki, bu "təkliflər”in müəyyən hissəsi sadəcə insanları aldadaraq "nələrsə” əldə etmək məqsədi daşıyır.
 
 
Məsələni şərh edən keçmiş kriminalist Mahmud Hacıyev Modern.az saytına bildirib ki, bu yollarla insanların aldadılmasına kifayət qədər rast gəlinib: "Son illərdə dəfələrlə aldadılan şəxslər məhkəməyə müraciət ediblər. Müraciətlərə baxılıb, istintaq prosesi həyata keçirilib. Bu işdə "professionallar” insanları aldadaraq, onlarla internet vasitəsilə əlaqə qurub, görüşüb, müəyyən miqdarda pul tələb edib və ya cinsi əlaqədə olub, sonra şantaj edirlər. Təcrübədə bu hadisələrə rast gəlinir”.
 
 
Mahmud Hacıyevin sözlərinə görə, internetə don geyindirərək, azad məkan kimi təqdim edirlər: "İstifadəçilər sosial şəbəkələrdə nə istəsə paylaşır, sonra da deyir ki, bu, söz azadlığıdır. Təqsirləndirilənlər deyirlər ki, intim münasibət barəsində sadəcə qarşı tərəfə təklif edib. Amma əsas məsələni gizlədirlər. Görüş təyin edib, müəyyən məbləğdə pul istəmək, təxribat xarakterli hərəkətlər etmək kimi cinayət tərkibli əməlləri nəzərdə tuturam”.
 
 
Mahmud Hacıyev deyib ki, cinayət tərkibli əməllər müxtəlif ola bilər. "Bu, şəxsin qarşı tərəfə hədə yolu ilə etdiyi "təklif”lərdən asılıdır. Görüşüb zərərçəkən şəxsə qarşı quldurluq edə bilər, intim əlaqəyə girib, müəyyən çəkilişlər apara bilər və bundan istifadə edərək ona qarşı təxribat xarakterli hərəkətlər edə bilər. Bunlar ayrı-ayrı cinayət tərkibli əməllərdir”.
 
 
Müsahibimiz bildirib ki, intim təkliflər din və milli mentalitet baxımından da düzgün hərəkət deyil: "Ola bilər ki, sadəcə tərəflər intim münaqibət qurmaq üçün əlaqə saxlasın, amma heç bir cinayət tərkibli əməl olmasın, bu sadəcə milli mentalitetimizə uyğun gəlmir, amma ayrılıqda heç bir cinayət tərkibi yoxdur. İntim həyat azaddır. Hər hansı bir insanın şəxsi intim həyatına qarışmağa qanun qadağa qoyub. Buna görə bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. Biri cinayət tərkibli əməllər, digəri isə milli mentalitet tərəfindən”.
 
Keçmiş kriminalist bildirib ki, bu yoldan istifadə etməklə zorla insanların əmlakını əlindən almaq quldurluq, sadəcə aldadaraq əmlakını ələ keçirmək dələduzluqdur: "Zərərçəkən dərhal hüquq-mühafizə orqanlarına hadisə ilə bağlı xəbər verməlidir. Elə hallar da olur ki, zərərçəkən hədələrə aldanır, qorxur və qarşı tərəfə müəyyən məbləğ ödəyir. Buna baxmayaraq o, sonradan hüquq-mühafizə orqanlarına bu barədə məlumat verə bilər”.
 
 
Mahmud Hacıyevin sözlərinə görə, bu gün də ölkəmizdə "əxlaqsızlıq yuvaları”na rast gəlinir: "Müəyyən bir ad altında, müəyyən fəaliyyət növü adı altında gizlənərək, fəaliyyət göstərirlər. Bu məsələ də bir qədər mürəkkəbdir. Onları ifşa etdikdə müəyyən detallara da baxılır. Azyaşlı uşaqlar cəlb edilibmi, hər hansı zor tətbiq edərək, bu işə kimsə məcbur edilibmi, yaşlı insanlar cəlb edilibmi və ya ondan mütəmadi olaraq qul əməyi kimi istifadə edibmi və sair. Bəzən də elə hadisəyə rast gəlirik ki, kimsə 5-6 yeniyetmə uşağı öyrədib, əxlaqsızlığı onların vasitəsilə yayır”.
Загрузка...
Загрузка...

Xəbər lenti