Siyasi Məhbusların Monitorinq Mərkəzi müxalifətçilərin həbsini pisləyib

Siyasi Məhbusların Monitorinq Mərkəzi müxalifətçilərin həbsini pisləyib
Загрузка...
Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə seçki kampaniyası toplaşma azadlığının məhdudlaşdırılması şəraitində keçirilib. Kampaniya zamanı və seçkilərdən sonra hakimiyyət müxalifətin üç mitinqinə icazə versə də fəalların aksiyalarda iştirakına mane olmaq üçün onlara təzyiq göstərilib. Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin bəyanatında bildirilir.
Hər mitinqdən öncə Xalq Cəbhəsi və Müsavat partiyalarının onlarla fəalı polisə çağırılıb, onlara hədə-qorxu gəlinib, onlardan aksiyada iştirak etməmək tələb olunub. 20-dək fəal inzibati qaydada 15 sutkadan 30 sutkayadək həbs edilib. 31 mart mitinqindən sonra vətəndaş fəalı Fatimə Mövlanlı saxlanılıb. Beş gün ondan xəbər olmayıb. Sonradan bəyan edib ki, onu oğurlayaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar. Ondan AXCP liderlərinin əleyhinə ifadə verməsi tələb edilib.
Siyasi Məhbusların Monitorinq Mərkəzi sözügedən faktları Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin (toplaşma və birləşmə azadlığı hüququ) pozulması kimi qiymətləndirib. Hüquq-müdafiə təşkilatı F.Mövlanlıya qarşı özbaşınalığın araşdırılmasını, onun saxlanmasında günahkar olanların cəzalandırılmasını, həmçinin ona dəyən mənəvi zərərə görə kompensasiyanın ödənilməsini tələb edib. Eyni zamanda mitinq ərəfəsində həbs edilən fəalların azadlığa buraxılmasına çağırılır. Öz növbəsində hüquq mühafizə orqanları fəalların saxlanılması ilə bağlı məlumat yaymayıb.
Siyasi Məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş vicdan məhbusu tərəfindən yaradılıb. Quruma hüquq müdafiəçisi Elşən Həsənov rəhbərlik edir.
Загрузка...
Загрузка...

Xəbər lenti