Şeyximizin Avropadakı milyonluq mülkü... Ora Hollivud ulduzları gəlir - VİDEO Şeyximizin Avropadakı milyonluq mülkü... Ora Hollivud ulduzları gəlir - VİDEO

Şeyximizin Avropadakı milyonluq mülkü... Ora Hollivud ulduzları gəlir - VİDEO
Загрузка...
Şeyximizin kurort cənnəti hesab olunan Karlovı Varıdakı mülkü üzə çıxıb. Criminal.az xəbər verir ki, bundan əvvəl bir çox azərbaycanlı məmurların da bizneslərini Çexiyaya daşıdıqları haqda məlumatlar yayılıb. Şeyx də məmur-oliqarxlardan geri qalmır. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin Çexiyadakı mülkünü mühacirətdə olan bloqer Tural Sadıqlı tam çılpaqlığı ilə göstərib. O, Karlovı Varıda yerləşən mənzillər kompleksində şeyxə və onun qardaşına məxsus mənzilləri görüntüləyib.
Xatırladaq ki, bir müddət əvvəl də sosial şəbəkələrdə Allahşükür Paşazadənin Çexiyada biznesinin olduğu haqda məlumatlar yayılmışdı. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları, eyni zamanda 36 yaşlı Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikikimi təqdim olunub. 
Qeyd edək ki, A.Paşazadənin, onun deputat qardaşının adı bundan əvvəl ölkə daxilində qurulan daha bir biznes layihəsindən doğan mübahisədə hallanırdı. Məsələnin mahiyyəti bu idi ki, Müğdət Həşimov Paşazadələrlə birgə fəaliyyət haqda müqavilə imzalamışdı. Müqavilə üzrə M.Həşimov Paşazadələrə məxsus "Medi-Sina” klinikasını işlətmiş, sonradan tərəflər arasında mübahisə yaranmışdı. Bundan sonra Paşazadələrin yaxın adamı, "Hacı Mazan” kimi tanınan Ramazan Zeynalov dövriyyəyə girib və onun iddiası əsasında M.Həşimov həbs olunub. Bir müddət əvvəl isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. İtthama görə, Paşazadələrə məxsus "Medi-Sina” klinikasına avadanlıqların alınması məqsədilə ayrılmış vəsaitdən 193 min manatın mənimsənilməsində ittiham olunan Müğdət Həşimov özünü təqsirli bilmir.
Yayılmış məlumatla bağlı Paşazadələrin mövqeyini öyrənmək mümkün olmadı. Bununla belə, onların da mövqeyini dərc etməyə hazırıq.
Загрузка...
Загрузка...

Xəbər lenti