Şeyxdən sonra deputat və nazir müavini ilə bağlı VİDEO - ƏLİYEV QARDAŞLARININ AVROPA MÜLKLƏRİ Şeyxdən sonra deputat və nazir müavini ilə bağlı VİDEO - ƏLİYEV QARDAŞLARININ AVROPA MÜLKLƏRİ

Şeyxdən sonra deputat və nazir müavini ilə bağlı VİDEO - ƏLİYEV QARDAŞLARININ AVROPA MÜLKLƏRİ
Загрузка...
Şeyx Allahşükür Paşazadədən sonra, millət vəkili Adil Əliyev və onun qardaşı, ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin Çexiyanın Karlovı Varı şəhərəindəki mülklərinin görüntüləri yayılıb. Avropada mühacirətdə yaşayan bloqer Tural Sadıqlının yayımladığı videoda iddia edir ki, Əliyev qardaşlarının Karlovi Varı şəhərinin mərkəzi küçəsində 3 mənzili var.
Criminal.az saytı həmin görüntüləri təqdim edir: 
Criminal.az xatırladır ki, Adil Əıliyev bir neçə gün əvvəl mətbuata müsahibəsində Çexiyada mülkünün olmasını təkzib etməmiş, həmin ölkədə mənzilin qiymətinin Sulutəpədəki evlərdən qat-qat ucuz olduğunu bildirmişdi.
Sitat: ''Mənə bir dəfə sual verdilər ki, Çexiyada eviniz var. Evim var, bu gün Çexiyadakı evlər Sulutəpədəki və ya Bakıətrafı qəsəbələrdəki evlərdən çox-çox ucuzdur. Orada mənim böyük qardaşımın oğlunun şirkəti var, iş adamıdır. Böyük qardaşım orada yaşayır, gedir-gəlir. Heç kimə hesabat vermirəm və bu hesabatı məndən heç kim soruşa bilməz. Mənim səlahiyyətlərim var və ona uyğun hərəkət edirəm. Vaxtilə hərbçi, polis olmuşam. Bugünkü günə qədər də bütün hərəkətlərimin hamısı yazılıb-pozulub. Yəni tərcümeyi-halımla, günlərlə, tarixi ilə bağlı hamısı yazılıb. Təhsil aldığım 1987-ci ildən bugünkü günə qədər bir gün təhsilsiz, işsiz qalmamışam. Bu gün üç ali təhsilim, elmi dərəcəm var. İşlərimdə də məsuliyyətimi dərk edirəm. Həmçinin, dövlətimə, millətimə bağlı bir adamam. Bu hakimiyyətin də əsgəriyəm. Dünən demişəm, bu gün də deyirəm: Məni heç bir qüvvə bugünkü istəyimdən geri döndərə bilməz. Bu, mənim yolum, seçimimdir.  

Çexiya ilə bağlı yenə deyirəm: mən hər il ora gedirəm, səbəbini mətbuat üçün deyə bilmərəm, bilənlər səfərimin səbəbini də bilirlər. Yazılanlar da tam cəfəngiyyatdır. Biz həmişə Karlovı Varıya gedəndə orada digər ölkələrin bayraqlarını görsək də, Azərbaycanın bayrağı görmürdük. Bu işlərə baxan şirkətlərdən xahiş edirdik ki, Azərbaycan bayrağını ora assınlar. Onlar da asırdılar. O gün Karlovı Varıya aid bir süjetdə görürəm, deyir ki, burada Azərbaycan bayrağı var, demək, azərbaycanlılara məxsusdur. Azərbaycanlılara məxsus olması pisdir bəyəm? Nə mənim, nə də ailəmin çirkli pullara aidiyyatı var. Ümumiyyətlə, bizim o pullara əlimiz dəyməyib, görməmişik. O pullar necə olur, hansı rəngdə olur? O çirkli pullar kimin vasitəsilə yuyulur, necə yuyulur? Bu gün çirkli pulları yuyanlar da, görənlər də bəllidir. Bizim o pullardan xəbərimiz yoxdur. Əgər elə bir şey olsaydı, hökumət, xalq qarşısında cavab verərdik. Bu gün hər hansı iş adamının, xırda bir maşın alverçisinin də xarici avtomobili, bakıətrafı kəndlərdə mülki var. İndi bunların hamısı qara, çirkli pullar yuyurlar? Yəni üç diplomu olan insan o qədər ağılsız oldu ki, özünə bir maşın, mülk ala bilmədi, ailəsini saxlamağı bacarmadı?! Yəni bu, nə dərəcədə real söhbətdir ki, düşüblər dalınca? Onun mülki var, onun maşını var... Get sən də ağlını yığ başına, işlə, mülk qazan. Olanların hamısını dövlətdən oğurlayıblar bəyəm? Bu düşüncələrin dəyişməsi üçün insanların gərək təfəkkürü, bir-birinə olan münasibəti dəyişsin. Avropada yaşamaqla, avropalı olmayacaqsan. Avropada yaşayıb soy-kökünü təhqir edən insan heç vaxtı özünə hörmət eləməyəcək. Mən hələ bu insanların psixologiyasını dərk edə bilmirəm. Ölkəmizə olan bu qədər təzyiqlərin içində ora gedib xırda-xuruş işlərlə məşğul olub, camaatın başını qatmaq lazım deyil. Gedib orda təhsil alıb, oxumaq, böyük işlərlə məşğul olmaq lazımdır.
Загрузка...
Загрузка...

Xəbər lenti