“Şeyx Həmzət Azərbaycanda axund köməkçisi olub” - Çeçen kriminallar yazdıqlarımızı təsdiqlədi “Şeyx Həmzət Azərbaycanda axund köməkçisi olub” - Çeçen kriminallar yazdıqlarımızı təsdiqlədi

“Şeyx Həmzət Azərbaycanda axund köməkçisi olub” - Çeçen kriminallar yazdıqlarımızı təsdiqlədi
Загрузка...
Özünü Rövşən Lənkaranskinin varisi kimi təqdim edən Şeyx Həmzət çeçen deyil, azərbaycanlıdır. Bu sensasion məlumatı Rusiyanın "Kriminalnaya Rossiya” portalı yayıb.
Məlumatda o da deyilir ki, bir qədər əvvəl Qroznıda toplaşan çeçen əsilli qanuni oğrular, Əziz Batukayev, Kor Hüseyn, İslam Edilqiriyev, Əhməd Halinnski və digərləri Şeyx Həmzəti araqarışdıran, oğru aləminə nifaq salan birisi adlandırıblar. Kor Hüseyn isə bir qədər də irəli gedərək onu şoumen adlandırıb və Avropada özünü çeçen kimi təqdim etməsinə qarşı çıxıb. Xatırladaq ki, Şeyx Həmzət bir neçə dəfə Azərbaycanda olub, özünü Rövşən Lənkaranskinin varisi adlandırır. Həmzət hazırda Almaniyada yaşayır. 
Criminal.az bir neçə gün əvvəl  'Şeyx Həmzət''in Çeçenistan prezidenti Ramzan Kadırov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə bir məclisdə olan fotosunu yaymışdı. 

Загрузка...
Загрузка...

Xəbər lenti