Seksual işgəncə verilən gəncin qardaşı: ''Qanı qanla yuyacam, müstəntiqin də başın kəsəcəm'' - VİDEO

Seksual işgəncə verilən gəncin qardaşı: ''Qanı qanla yuyacam, müstəntiqin də başın kəsəcəm'' - VİDEO
Загрузка...
İsmayıllı rayonu, Lahıc qəsəbəsində gənc oğlana qarşı əxlaqsızlıq edilərək videoya çəkilməsinin təfərrüatları məlum olub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Criminal.az saytına açıqlamasında bildirdi ki, baş verən hadisədə iki tərəf var. Onlardan biri Lahıc qəsəbəsinə bitişik Ərəgid kəndindən olan yetkinlik yaşına çatmayan ruhi xəstə, digəri isə bərbərdir.  
Rəis müvininin sözlərinə görə, xoşagəlməz hadisə ötən il oktyabrın 3-də baş verib: ''Ruhi xəstə saçını qırxdırmaq üçün bərbərxanaya gəlib. Həmin bərbər də ona qarşı əxlaqsılıq edib. Bundan sonra məsələ daha da böyüyüb. Sonra əxlaqsılığa məruz qalmış ruhi xəstənin valideynləri və qardaşı bərbərə hücum edərək onu döyürlər, sonra isə əvəz çıxmaq üçün bərbərə qarşı əxlaqsız hərəkətlər edir. Qarşılıqlı şəkildə tərəflər bir-birinə qarşı əxlaqsız hərəkətlər ediblər''.
O.Mansurzadə əlavə etdi ki, hər iki faktla bağlı ayrı-ayrılıqda cinayət işi başlanıb, istintaq aparılır. Fərq odur ki, ruhi xəstəyə qarşı edilən əxlaqsızlıqla bağlı cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib. İkinci işlə bağlı isə istintaq hərəkətləri aparılır. 
Videoda əxlaqsızlığa məruz qalan şəxsin qardaşı Dəyanət Səmədov Criminal.az saytına açıqlamasında bildirib ki, videoda cəyəran edən əməl iki bərbərxananın üstündə baş verib. Onun sözlərinə görə, Lahıc qəsəbəsində yan-yana iki bərbərxana var. Həmin bərbərxanalardan biri qardaşı Ədalət Səmədova, digəri isə Namiq adlı şəxsə məxsusdur. Bütün baş verən iyrənc cinayətlər də məhz namiq adlı şəxsin ruhi xəstənin yalandan öyrədilməsindən başlayıb. 
''Namiq ruhi xəstəyə deyib ki, yalandan Ədalətin üzünə dürsun ki, guya onun başını qırxan zaman ona qarşı əxlaqsızlıq edib. Həmin xəstə uşaq da Namiqin dediyi məsələ ilə bağlı gedib evdə atasına deyib. Bundan sonra ata və qardaş Ədalətin bərbərxanasına gələrək ona işgəncə veriblər. Qardaşıma işgəncəni ötən ilin oktyabrında veriblər. Amma ruhi xəstə sonuncu dəxə qardaşımın bərbərxanasında iyun ayında olub. Bütün bərbərxana qan içərisində idi. Qardaşıma qarşı çox amasızlıq ediblər. Onlar 9 nəfər olublar'', D.Səmədov qardaşının başına gətirilənlərə aydınlıq gətirdi. 

D.Səmədov əlavə etdi ki, onda qardaşına qarşı edilən əxlaqsılığın geniş vedeosu var və lazım gələrsə ictimailəşdirəcək: ''Bu məsələdə düşmənçilik var. Bu işləri məqsədli şəkildə ediblər. Hətta ruhi xəstənin atası da sonrada üzürxahlıq etsə də, bən bunu sonacan gedəcəm. Hadisə baş verən gün 102 xidmətinə də məlumat vermişik. Amma bir polis belə gəlmədi. Qardaşımı elə günə qoymuşdular ki. İndi də müstəntiq işi qardaşımın əleyhinə çevirib. Qanı qanla yuyacam. Lazım gəlsə müstəntiqin də başını kəsəcəm. Niyə gəlib kamera görüntülərini açmır?'' 


Загрузка...
Загрузка...

Xəbər lenti