''Şarları şişirtmək lazımdır, çünki onlar göz oxşayır, partlatmaqsa çox asan olur''

''Şarları şişirtmək lazımdır, çünki onlar göz oxşayır, partlatmaqsa çox asan olur''
Загрузка...
Anlamalıyıq: xaricdə yaşayan heç kim ölkədə real aktivliyə səbəb ola bilməz. Kəskin, qeyri-normativ dili ilə auditoriyanı cəlb edən videolardakı adamların çağırışıyla kütlələr küçəyə axışmayacaq, çünki o adamların özü burda, ön cərgədə deyillər. Ölkədə olan, ön cərgədə olmağa hazır insanlar, sadəcə ədəbi dildə, tərbiyəli danışdıqları üçün xaricdəki "zor söhbət eləyən oğlanlar”dan daha yumşaq görünür, populyarlığını itirir.
Nəticədə kütlənin qəzəb məqamında ardınca getmək istədiyi adamlar xaricdə olacaq, burdakılar isə o zamanadək kütləylə əlaqəni itirəcəklər.
Yerli müxalifət marginallaşır, çünki diqqəti xaricdəki "qəhrəmanlar” zəbt edib.
Hökumət də bütün gün televiziyada onlardan danışır, məntiqsə sadədir: şarları şişirtmək lazımdır, çünki onlar göz oxşayır, partlatmaqsa çox asan olur. Söz demək hər kəsin haqqıdır, amma biz də hesabımızı doğru tutaq. 

Xədicə İsmayıl

Загрузка...
Загрузка...

Xəbər lenti