Röya Ayxan məhkəmədə uduzdu

Röya Ayxan məhkəmədə uduzdu
Загрузка...
Tanınmış bəstəkar Nadir Əzimov əməkdar artist Röya Ayxanı məhkəməyə verib.
Criminal.az azxeber.com-a istinadən məlumat verir ki, Nadir Əzimov müğənninin müəllif hüquqlarını pozduğunu iddia edib və iş icraata götürülüb. Buna səbəb Röyanın bəstəkara məxsus olan "Darıxdım" mahnısını icazəsiz ifa etməsi olub. Xəzər rayon məhkəməsinin qərarına əsasən, bəstəkarın iddiası qismən təmin edilib. Röyanın vəkili qərardan apelyasiya məhkəməsinə şikayət edib.
Qeyd edək ki, Nadir Əzimov bundan 8 il öncə də müğənni Röyanı məhkəməyə vermişdi və özünün təhqir olunduğunu iddia etmişdi.

Загрузка...
Загрузка...

Xəbər lenti