Rusiyada azərbaycanlı ailənin 4 üzvü yanaraq öldü Rusiyada azərbaycanlı ailənin 4 üzvü yanaraq öldü

Rusiyada azərbaycanlı ailənin 4 üzvü yanaraq öldü
Загрузка...
Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb. Bu barədə APA-nın Rusiya bürosuna Orenburqdaki Azerbaycan diasporunun rəhbəri Yaşar Məsimov bildirib. Məlumata görə, yanğın fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb.
Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur.
Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır. Əslən Masallı rayonundan olan N.Quliyevin taksi sürücüsü fəaliyyəti ilə məşğul olduğu məlum olub. Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır.
Загрузка...
Загрузка...

Xəbər lenti