''Rektor üzümə iki qız qoydu. Onlardan biri...'' - Universitet işçisi Prezidentə şikayət etdi

''Rektor üzümə iki qız qoydu. Onlardan biri...'' - Universitet işçisi Prezidentə şikayət etdi
Загрузка...
''Dövlətimizin qanunları Akif Süleymanovun özbaşınalığından çox-çox üstündür. Müraciətlərimizə pərdəarxası baxırlar, şikayətlərimizi Təhsil Nazirliyinə yönəldirlər, onlar da şikayətlərə ədalətli baxmırlar və digər dövlət qurumlarına Universitetin əməkdaşlarının şikayətlərinə aldadıcı cavablar verirlər, bununlada Akif Süleymanovun çirkin əməllərinə don geyindirirlər''. Məhkəmədə bəraət alan Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyevin təhsil ocağının rektoru A.Süleymanovla bağlı Prezident İlham Əliyevə şükayət məktubunda belə deyilir. 

A.Allahverdiyev qeyd edir ki, 2013 cü ildən bu günə kimi universitetə rəhbərlik edən Akif Süleymanovun idarəçiliyi nəticəsində Texnologiya Universitetində baş verən qanunsuzluqlar, Maliyyə Nazirliyinin yoxlaması nəticəsində 1,3 milyon manat mənimsəmə faktı aşkarlanıb, Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə istintaq aparılıb, sonradan Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
''Bu işlə bağlı yüzlərlə şahid məhkəməyə dəvət olunub. Rektor Akif Süleymanovun əvvəlki və indiki maliyyə pozuntularında birbaşa əli olduğunu yaxşı bilən kollektivdə heç bir nüfuzu, hörməti qalmayıb. O, universitetdə rəhbərlik etmək üçün gərəkli olan mənəvi haqqını çoxdan itirib. Bu faktlarla bağlı müvafiq qurumlara, yəni Prezident Aparatına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Təhsil Nazirliyinə, davamlı olaraq rəsmi müraciətlər, edirik. Çox təəssüf keçirərək bildirirəm ki, müraciətlərimizə pərdəarxasından baxırlar, şikayətlərimizi Təhsil Nazirliyinə yönəldirlər, Təhsil Nazirliyində şikayətlərə ədalətli baxmırlar, və digər dövlət qurumlarına Universitetin əməkdaşlarının şikayətlərinə aldadıcı cavablar verirlər, bununlada Akif Süleymanovun çirkin əməllərinə don geyindirirlər''-deyə şikayətçi yazır.
A.Allahverdiyev qeyd edib ki, elmdən və təhsildən uzaq adamların universiteti bərbad vəziyyətə salacaqları əvvəlcədən məlum idi: ''Çünki Akif Süleymanov elm və təhsilə ləkədir. Bunu Təhsil Nazirliyinin əməkdaşlarıda bilir, 5 Dekabr 2017 ci ildə mən Azər Allahverdiyev Təhsil Nazirliyində olarkən, Təhsil Nazirliyinin əməkdaşlarına Akif Süleymanovun çirkin əməllərindən, özbaşınalığından, və mənim üzümə iki qız qoyub şər-böhtan atdırdığından şikayətçi olmuşam. Buna baxmayaraq heç bir ciddi tədbir görmürlər. Görünür ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun arxası harasa, hansısa yüksək vəzifədə olan məmura bağlıdır. Bu adamın çirkin əməllərinin qarşısını almaqda dövlət qurumlarıda çox çətinlik çəkir və bacarmırlar. Bunu hərkəs bilir. Bu barədə, Akif Süleymanovun özbaşınalığı haqqında, Kütləvi İnformasiya Vasitələrində dəfələrlə işıqlandırmışıq. Texnologiya Universitetində çoxsaylı əməkdaşlar işdən çıxarılır, 30 nəfərə yaxın professor, dosent, müəllim, 100 çox texniki işci işdən uzaqlaşdırılıb''. 

''Cənab prezident! Siz dəfələrlə çıxşlarınızda məmurlara övlad özbaşınalığı haqqında xəbərdarlıq edibsiz. Buna baxmayaraq Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov Universiteti ata mülkü kimi istifadə edir, bunu bütün dövlət qurumları, Təhsil Nazirliyi bilir. Buna əsaslanaraq misal göstərmək olar ki, 30 yanvar 2018 cildə Təhsil Nazirliyinin üç əməkdaşı Aydın Rəhimov, hüquqşünas Rasim və Nicat adlı şəxslər, uUniversitetin əməkdaşları - dosent Həsən Musayev, dosent Məsim Abadov, baş müəllim Alim Əliyev, müəllimələr Məhəbbət Kərimova, Afət Məmmədova, mənim və digər şikayətçi əməkdaşların, şikayətlərini araşdırmaq üçün ezam olunanda, hər üç şəxsin yəni Təhsil Nazirliyinin əməkdaşları Aydın Rəhimov, Hüquqşünas Rasim və Nicat adlı şəxslərin qərəzli olaraq şikayətlərə pərdəarxasından baxaraq heç bir nəticəsiz Texnologiya Universitetindən ayrılmasını göstərmək kifayətdir. Azərbaycan Texnologiya Universiteti, rəhbəri Akif Süleymanovun çirkin idarəçiliyi qarşısında, Universitetlər sırasında ən son sıralardadır''. 

A.Allahverdiyev əlavə edib ki, 30 oktyabr 2017 ci ildə Akif Süleymanov onun üzünə iki qız qoyaraq işdən kənarlaşdırıb: ''Bunlardan biri Texnologiya Universitetinin "Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilova, digəri isə Universitetin II kurs tələbəsi Cəmilə Əsgərzadədir. Bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdim. 25 dekabr 2017 ci ildə Kəpəz rayon məhkəməsi tərəfindən bəraət aldım və mənə verilən əmrlər ləğv olunaraq bir ay ərzində qətnaməni icra edərək işə qayıtmağıma qərar çıxarıldı. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atır. Bu dəhşətdir ki, şərləmə kampaniyasında Universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub. Mənim üzümə qoyulan qızlardan biri, Texnologiya Universitetinin "Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Xəlilovanın atası Gəncə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovdur. Akif Süleymanovun oğlu Şamil Süleymanov özbaşınalıqla, Gəncə 34 nümrəli məktəbin direktoru Yuris Xəlilovun qızı Zamiqə Xəlilova üzə durmaqla, şər-böhtan atmaqla təhsilə ləkə gətirirlər. Bu faktdır ki, rektor Akif Süleymanovun, Gəncə 34 nümrəli məktəbin direktoru Yuris Xəlilovun, hər iki direktorların övladları sizin məmur özbaşınalığı haqqında etdiyiniz xəbərdarlığınıza məhəl qoymur''.
''Prezidentdən xahişim odur ki, Akif Süleymanovun, Yuris Xəlilovun, sərişdəsiz, bacarıqsız, dövlətimizə xəyanətdə, övladlarının özbaşınalğının, qarşısını almaqdı. 5 dekabr 2018 ci ildə Təhsil Nazirliyində olarkən, bu yuxarıda sadaladığım faktlar bildirdim, təəssüflər təhsil nazirliyi bunları görmək istəmir. Digər Dövlət qurumlarınada şikayət olunub. Mən Azər Allahverdiyev gənc yazıçıyam, neçə əsərlərin müəllifiyəm. Heç çürə qəbul edə bilmirəm ki, işdən azad olunmağımın əsası kimi, bir xanıma qarşı pis münasibət bəsləməsindən irəli gəlsin.Akif Süleymanov üzümə iki qız qoymağı haqqında, bu işdə Məhkəmədə bəraət aldığıma görə, Akif Süleymanovu vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşdığı üçün, onun haqqında Baş prokuror Zakir Qaralova ərizə ilə müraciət edərək, çinayət işi açmağını xahiş etmişəm. Cənab prezident sizdən xahişim budur ki, Akif Süleymanovu, Yuris Xəlilov barəsində ciddi tədbir görəsiniz''. 
Загрузка...
Загрузка...

Xəbər lenti