''Rəisin ovçarkasının qabağında o qədər işgəncə verirdilər ki, it mənə baxıb ağlayırdı'' - VİDEO ''Rəisin ovçarkasının qabağında o qədər işgəncə verirdilər ki, it mənə baxıb ağlayırdı'' - VİDEO

''Rəisin ovçarkasının qabağında o qədər işgəncə verirdilər ki, it mənə baxıb ağlayırdı'' - VİDEO
Загрузка...
''Türmə rəisin otağının arxasında Maykl adında ovçarka saxlayırdılar. Mənə itin gözünü qabağında o qədər işgəncə verirdilər ki, it az qalırdı zənciri qırıb mənə köməyə gəlsin. And olsun Allaha axırda it zənciri qıra bilirdi, mənə baxıb ağlayırdı'' - bu sözləri günahsız olaraq 10 il cəza çəkdiyini iddia edən Kəlbəcər sakini Yusuf Əmirov deyib. 
1998-ci ildə 14 il müddətinə azadlıqdan məhrum edilmiş Yusif Əmirov günahsız həbsindən şikayəçidir. O, Şərur rayonunun o vaxtki rəisi Salman Vəliyevin ölüm işini üstünə qoyaraq günahsız cəza çəkdiyini deyir. 
''1953-cü ildə Kəlbəcər rayonunda doğulmuşam. Ailəm Şərurludur, yoldaşım bibimqızıdır. 4 övladım var. Yun işinə baxırdım, aran rayonlardan yunu toplayıb türklərə satırdım. Əziyyətimə görə görə yaxşı pul qazanırdım. Şərur rayonunun keçmiş polis rəisi Salman Vəliyev məni izləyirdi. Bir neçə dəfə də aramızda söz-söhbət olmuşdu. Yalnış hərəkətinə görə onu söymüşdüm. Onun da mənlə intriqası vardı. Salman yaşca balaca bacanaqlarımı çağıraraq öyrədib onlardan mənlə bağlı məlumatlar toplayıb. Onlara pul vəd edib, bacanaqlarım da ona deyib ki, mənim evdə bir neçə balon dollarım var. Mənim 31 min dollarım vardı ki, onu da balona yığırdım. 
Həmin vaxt Heydər adlı şəxsi Şərur yolunda maşın vurub öldürmüşdü. Salman Naxçıvanda maşın buraxmamışdı, hamısından pul alırdı. 11 ay ərzində Salman yarım milyon pul yığıdı. Sonra Allah elə etdi ki, pulları əlindən aldılar. İndi orda-burda gizlənir, doğulduğu yerə gedə bilmir. Bunu Şərur camaatı yaxşı bilir. 
Salman Heydərin ölümünü mənim üstümə yıxıb 150 min pul istədi. Mən İmişliyə yun toplamağa getdiyim vaxt Salman bacanaqlarımı çağıraraq öyrədib ki üzümə dürsun ki Heydəri mən maşınla vurmuşam. Ey millət vəkilləri, əsl millət vəkilisinizsə bu məsələyə göz yummayın. Qənirə Paşayeva yaxşı bilir, bu işə görə körpüyə çıxanda yanıma gəlmişdi. 
 İmişlidə məni aldadıb Naxçıvana apardılar. Bakıdan təyyarə ilə Naxçıvana getdik. Təyarədən düşəndə gördüm ki polislər toplaşıb. Cinayət-axtarışın rəisi Azad müəllim də orda idi. Orda məni tutaraq ''Donuz zamı'' deyilən Naxçıvan türməsinə apardılar. Orda əl-qolumu bağlayaraq dubinka ilə döyməyə başladılar. Mənimo qədər döydülər ki, huşumu itirdim. Ağzım-burnum qan içərisində idi. Türməninn həyətində hovuza atıblar. Ayılandan sonra yenə döyməyə başladılar. Vicdansız bacanaqlarımın sözünə görə Salman məni pullu bilirdi və ona görə gözümü qorxudurdu ki istədiyi məbləği verim. Salman və Azadın adamlı məni yatmağa qoymurdular. Gah ölüm işinə qol çəkməliyəm, ya da pulu verməliyəm. Müstəntiq Ədalət Səfərovu da öyrətmişdilər, mənə dedi ki Yusif yekə kişisən, özünü niyə döydürürsən, pulu ver canını qurtar. 3 ay mənə gecə gündüz zülm verdilər. Rəisin otağının arxasında turnik vardı. Məni orda əl və ayaqlarımdan növbə ilə asaraq işgəncə verirdilər''-deyə Y.Əmirov başına gələnləri danışır. 
O deyir ii, bu azmış kimi yodaşınıda bir neçə gün həbsdə saxlayıblar: ''Yoldaşımı da mənə yemək gətirmək adı ilə aldadıb həbs ediblər. Bunu biləndə dözə bilməyib alışqan dəmiri ilə qollarımı, sinəmi doğradım. 12 gün yoldaşımı saxladılar, mənim üzümə qoymaq istəyirdilər. maşın vurub öldürən Heydər kasıb biri idi. Onu kim vurubsa ailəsi yaxşı bilir. Salman onu vuranlardan pul alıb buraxıb''. 
Y.Əmirovun başına gələnləri videoda izləyə bilərsiz....
Загрузка...
Загрузка...

Xəbər lenti