Qulinin adamları ''Lənkəranslinin'' tərəfdarlarını güllə-boran edib - “Agdam” restoranının qarşısında

Qulinin adamları ''Lənkəranslinin'' tərəfdarlarını güllə-boran edib - “Agdam” restoranının qarşısında
Загрузка...
 Ukraynanın Xarkov şəhərinin hüquq-mühafiz orqanları martın 30-na keçən gecə bu şəhərdə azərbaycanlıların "Ağdam” restoranının qarşısında baş vermiş və bir Azərbaycan vətəndaşının ölümünə səbəb olmuş silahlı insidentə dair yeni məqamlar ortaya çıxıb. Yerli KİV xəbər verir ki, hücum edənlər kriminal qruplaşmanın lideri Lotu Qulinin briqadasının üzvləridir. Briqadanın döyüşçüləri Rövşən Lənkəranskinin tərəfdarlarına atəş açıblar.
 
Lakin Ukrayna hüquq-mühafizə orqanları bu hücumun Xarkovda miqrantların biznesindən aylıq haqq tələb edən "Şərq korpusu” adlı slavyan qruplaşması tərəfindən törədildiyini ehtimal edirdi.
Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı ilin avqust ayında İstanbulda öldürülüb. Bir müddət sonra Lotu Quli 23 illik məhbəs həyatından sonra azadlığa çıxıb və hazırda İstanbulda yaşayır. 

Xəbər verdiyimiz kimi həmin gün "Ağdam” restoranından çıxan bir qrup "qafqazlı” restoranın qarşısında dayanmış avtomobildəki silahlılar tərəfindən atəşə tutulub. Avtomobildə dörd nəfər olub, onlardan ikisi "Kalaşnikov” avtomatları ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb.
Polis hücum edənlərdən birinin fotorobotunu yayıb. Hadisə yerinin yaxınlığından bir "Kalaşnikov” avtomatı və patronlar tapılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildirirlər ki, hazırda şəhərdə xarici diasporun biznesinin strateji bölgüsü gedir. 

Belə ki, şəhərdə "Şərq korpusu” adlı qruplaşma yaranıb və onlar miqrantların biznesindən pay tələb edir. Bu yaxınlarda xarici diaspor liderləri ilə "Şərq korpusu”nun nümayəndələri arasında danışıqlar olub. Həmin danışıqlarda tələb edilib ki, Xarkovda biznesi olan bütün xaricilər "Şərq korpusu”una aylıq haqq verməlidir. Lakin azsaylı bir qrup bu şərti qəbul etməyib və bu da şəhərdə kriminal müharibənin başlamasına gətirib çıxarıb.
Загрузка...
Загрузка...

Xəbər lenti