''Qorotdel''in xidmət rəisinin oğlu məhkəmə qarşısında - 2 nəfərin ölümündə təqsirləndirilir

''Qorotdel''in xidmət rəisinin oğlu məhkəmə qarşısında - 2 nəfərin ölümündə təqsirləndirilir
Загрузка...

O, iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən avtoqəzada təqsirli bilinir  

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Rəhimovun cinayət işi üzrə yanvarın 5-də məhkəmə prosesi başlayıb.

Hakim Cavid Hüseynovun sədrlik etdiyi hazırlıq iclasında  anket məlumatları dəqiqləşdirilib. 

Təqsirləndirilən şəxsə hüquqları izah edilib. Tərəflər hakimə, prokurora və digər proses iştirakçılarına etiraz etməyiblər. İclasda zərərçəkmiş şəxslər də iştirak edib.

İclasda məlum olub ki, A.Rəhimovun atası Qalib Rəhimov da zərərçəkmiş kimi tanınıb. Belə ki,onun avtonəqliyyat vasitəsinə zərər dəydiyi üçün istintaq zamanı zərərçəkmiş kimi tanınıb. Q. Rəhimov da iclasda iştirak edib. İclasda tərəflər hər hansı vəsatətlə çıxış etməyiblər. Dövlət ittihamçısı cinayət işinin məhkəməyə verilməsini təklif edib. Hakimlər qısa müşavirədən sonra cinayət işi üzrə məhkəmə baxışının yanvarın 12-nə təyin edildiyini elan ediblər.

Ötən il sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə “Subaru” markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 A.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Загрузка...
Загрузка...

Xəbər lenti