Загрузка...

Qəhrəman Ana polisdən prezidentə şikayət etdi: “Zalımın sonu gələndə, zülmü artırar”

Qəhrəman Ana polisdən prezidentə şikayət etdi: “Zalımın sonu gələndə, zülmü artırar”
Загрузка...
Qəhrəman ana polis Rasim Qurbanovdan prezidentə şikayət edib. Gəncə şəhərində yaşayan ''Qəhrəman Ana'' Minarə Allahverdi qızı Poladova redaksiyamız vasitəsi ilə Gəncə polisində işləyən Rasim Quranovdan prezidentə şikayət ünvanlayıb.
Müraciətin mətnini olduğu kimi təqdim edirik:
Hörmətli cənab Prezident!
Bildirirəm ki, mən çoxuşaqlı ana olaraq "Qəhrəman Ana” ordeni ilə təltif edilmişəm. Mən və ailəm daima dövlət və dövlətçilik üçün xidmət etmişik. Özüm Yeni Azərbaycan Partiyasının üzvüyəm. Damia Sizin siyasətə dəstək vermiş bir ailəyik. Lakin Gəncə şəhərində Sizə və xalqına xidmət etməyi özünə sığışdırmayan Rasim Qurbanov adlı polis əməkdaşı var ki, nəinki Gəncəyə, hətta yerə göyə sığmır. Qardaşı Gəncə şəhər İcra Hakimiyyətində yüksək vəzifədə işləyir deyə yəqin ki, Polis İdarəsinin rəisinin də ona gücü çatmır. O necə deyərlər "burda mənəm Bağdadda kor xəlifə” deyir. Həmin Rasim Qurbanov o qədər güclü adam hesab olunur ki, Gəncədə onu adı gələndə hamı əsir. Gəncə əhli biri-birinə qarğış edəndə deyirlər ki, "səni görüm Rasim Qurbanovun şərinə düşəsən”
Hörmətli cənab Prezident!
Rasim Qurbanov mənim övladlarımla prinsip aparır. 2014-cü ildə oğlumun dostu tərəfindən edilmiş cinayəti Rasim Qurbanov oğlumu da iştirakçı kimi daxil elətdirməyə müvəffəq oldu.
Bundan sonra bu azmış kimi böyük oğlum FamilPoladovu də hədələməyə başladı. Biz dəfələrlə daxili işlər naziri cənab Ramil Usubova müraciət etdik. O uşaqlarımı hədələyirdi ki, onların maşınından silah və narkotk çıxartdırıb tutduracam. Hətta bizdə Rasim Qurbanovun oğlumu hədələməsi ilə bağlı səs yazısı da var. Mənim 5 oğlum var, beşini də bu vətən və dövlət uğrunda qurban verməyə hazıram. Lakin Rasim Qurbanovun oğlumu şərlədərək tutdurmasını qəbul edə bilmərik. Ancaq Rasim Qurbanovun zülmündən Gəncə əhlidə cana yığılıb. O yığdığı haram pulları obyektlər açdırıb güya halal pul qazandığını göstərmək istəyir. Mən elə bilirəm ki, mənim bu müraciətim Rasim Qurbanovun sonu olacaq. Çünki "Zalımın sonu gələndə, zülmü artırar”
Hörmətli cənab Prezident!
Mən əminəm ki, Rasim Qurbanov kimi təxribatçı şəxslər prezident seçkiləri ərəfəsində təxribat törətmək niyyəti ilə bu addımı atırlar. Ona görə də bu seçki ərəfəsində Sizdən xahiş edirəm ki, bu cür təxribatçı şəxsləri ciddi cəzalandırasınız.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Criminal.az-ın sorğusuna cavab olaraq bildirib ki, Minarə Poladovanın bəzi xəbər saytlarında yerləşdirilən müraciətində Gəncə şəhər Baş Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Rasim Qurbanovla bağlı yayılmış iddialar əsassızdır və böhtan xarakterlidir.
İlk öncə onu qeyd edək ki, bu xanımın bir oğlu Səbuhi Poladov 2014-cü ildə adam öldürməyə cəhddə təqsirli bilindiyinə, digər övladı Famil Poladov isə ötən il evində 1 ədəd "Makarov” tipli odlu silah, küllü miqdarda narkotik vasitə aşkarlandığına görə Daxili İşlər Nazirliyinin aidiyyatı baş idarələrinin Gəncə şəhər BPİ-nin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulubar. Göründüyü kimi, M.Poladovanın iki oğlu törətdikləri konkret cinayətə görə saxlanılaraq istintaqa təhvil veriliblər. Hər iki şəxs məhkəmələr tərəfindən azadlıqdan uzun müddətə məhrum ediliblər və hazırda cəzalarını da çəkirlər. R.Qurbanovun isə nə sözügedən əməlyyatlara, nə də Poladov qardaşlarının tutulmasına heç bir aidiyyatı olmayıb.

Загрузка...
Загрузка...

Xəbər lenti