Qafqazın və kriminal dünyanın Şeyxləri bir arada - NADİR FOTO Qafqazın və kriminal dünyanın Şeyxləri bir arada - NADİR FOTO

Qafqazın və kriminal dünyanın Şeyxləri bir arada - NADİR FOTO
Загрузка...
Azərbaycanlı ''qanuni oğru'' Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan çeçen əsilli, "Şeyx Həmzət” ləqəbli kriminal avtoritet Həmzət Qastəmirovla bağlı maraqlı məlumatlar üzə çıxıb. Kriminal dairələrdən Criminal.az saytına daxil olan məlumata görə, "Şeyx Həmzət”in özünü Lənkəranskinin varisi kimi təqdim etməsi, guya onun qisasını alacağı yayılanlar rövşənsevərləri narahat edir. 
''Şeyx Həmzət'' və Artem Saratovski
İddia edirlər ki, ''Şeyx Həmzət'' özünü kriminal aləmə yaxın göstərsə də, heç avtoritet deyil, sadəcə ad almaq üçün çalışır. Bildirilir ki, Lənkəranskinin adını yaşadan, ''qanuni oğru'' verdiyi silahdaşları var, ''Şeyx Həmzət'' isə biznesmendir. Digər tərəfdən iddia olunur ki, Rövşən Lənkəranski sağlığında heç bir erməni ''qanuni oğru'' ilə yaxınlıq etməzdi. Amma ''Şeyx Həmzət'' erməni ''qanuni oğru''larla yaxşı münasibətdədir. 

Saytımıza ''Şeyx Həmzət''in heç yerdə yayılmayan fotolarını göndəriblər. Şəkillərdən birində yerli telekanallardan birinə müsahibə verərkən çəkilib. Həmin görüntüdə ''Şeyx Həmzət'' Türkdilli Xalqların Mədəniyyət Mərkəzinin rəhbəri kimi təqdim olunub.
Digər bir foto isə oxucularımız üçün daha maraqlı ola bilər. ''Şeyx Həmzət'' Çeçenistan prezidenti Ramzan Kadırov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə bir məclisdə görüntülənib. Həmin fotonun tarixçəsi barədə məlumat əldə edə bilmədik. 

Загрузка...
Загрузка...

Xəbər lenti