''Psixoloqlar dedi ki, gördünüz çox dəcəllik edir, döyün agıllansın!” - ''Loqos''dan şikayət ''Psixoloqlar dedi ki, gördünüz çox dəcəllik edir, döyün agıllansın!” - ''Loqos''dan şikayət

''Psixoloqlar dedi ki, gördünüz çox dəcəllik edir, döyün agıllansın!” - ''Loqos''dan şikayət
Загрузка...
''Loqos”da aldadılan, dələduzluq yolu ilə pulları əlindən alınan valideynlərin yazdıqları məni dəhşətə gətirdi''
Azərbaycanda fəaliyyət göstərən "Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi ilə bağlı Criminal.az saytına şikayət daxil olub. Şikayətçi Nazilə Nəriman saytımıza bildirib ki, yaxın qohumlardan birinin uşağında nitq probleminin olduğunu esidib onlara "Loqos”a müraciət etməyi təklif edib. Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən” velişində "Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi haqqında deyilənlər, aparıcının bu mərkəzi ağızdolusu tərifləməsi, xəstələrin müalicəsinə 100 faiz təminat verməsi məni həmin mərkəzi yaxınlarıma tövsiyyə edir, çoxlarında ümid yaradaraq bura üz tutmağa vadar edir. Anası uşağı da göturub həmin mərkəzə aparıb. 

''Bir neçə gün sonra nəticə ilə maraqlananda qadının dedikləri məni şoka saldı. Binanın yaxınlığında mərkəzin rəhbəri Təranə Məmmədovanı söyüb qarğış edən, onu fırıldaqçı adlandıran, buradakı həkimlərin savadsız olduğunu söyləyən xeyli əsəbi valideynlə qarşılaşıb. Şübhələnsə də, içəri girərək qiymətlər və həkimlərlə maraqlanıb. Deyilən qiymətlər isə təkcə yoldaşının aldığı əməkhaqqı ilə keçinən bu qadını heyrətə salıb. Həftədə 3 dəfə bir saatlıq seansa görə, ondan 360 manat ödəmək tələb olunub. Qadın kasıb olduğu üçün ona endirim edilməsini xahis etsə də hər saat üçün cəmi 20 manat güzəşt edə biləcəklərini deyiblər. Kəkələmək problem olan uşağın müalicəsinin isə ən azı 1 il davam edəcəyi söylənilib. Qohumum da kor-peşiman geri qayıtmağa məcbur olub’'-deyə N.Nəriman yazıb.  
Mərkəzin rəhbəri Təranə Məmmədova 
N.Nərimanın yazdığından məlum olur ki, qadının danışdıqlarını dinləyəndən sonra "Loqos” və onun rəhbəri Təranə Məmmədova haqqında araşdırma aparmaq qərarına gəlib: ''Feysbuk səhifəmdə mərkəzdə uşaqlarını müalicə etdirən valideynlərə müraciət ünvanlayaraq nəticələr barədə yazmağı onlardan xahiş etdim. "Loqos”da aldadılan, dələduzluq yolu ilə pulları əlindən alınan valideynlərin yazdıqları məni dəhşətə gətirdi. Ən nüfuzli telekanalda, reytinqli iki verilşdə güclü şəkildə təbliğatı aparılan bu mərkəzdə çalışanlar heç demə peşakarlar yox, savadsız, Təranə xanımın ətrafına yığıdığı dost-tanışı imiş. Mənə yazan bir qadının "Loqos” haqqında yazdığı dəhşətli bir faktı sizə də də təqdim edirəm: Oglumun 7 yaşı vardı. Nitqi tam inkişaf etməmişdi. Məsələn, evə gələn qonaqdan hər yarım saatdan bir adını təkrar soruşur, sonra isə unudurdu. Evdə çox aqressiv olurdu, bacara bilmirdik onunla. Zaurun verilişinə baxandan sonra onu " Loqos” nitq inkişafı və psixoloji mərkəzinə apardıq. Düz 1 il oranın ‘psixoloq və loqopedlər’inə ayda 900 manat pul ödədik. Bir neçə ay ‘müalicə’dən sonra psixoloqlar bizə dedi ki, ‘gördüz çox dəcəllik edir, sözə qulaq asmır vurun, döyün qoy agıllansın!”
Mən də, nənəsi də bunu mütəxəssis məsləhəti bilib, uşagı demək olar ki, hər dəcəllik edən zaman döyürdük. Neçə ay da belə davam elədi. Gördük get- gedə uşaq lap pis olur. Axırı bir tanışın məsləhəti ilə uşağı Türkiyəyə apardıq. Orda klinikada tam müayinədən sonra məlum oldu ki, uşagın beyni inkişaf etmiyib. 3 yaşında beyin inkişafını dayandırıb. Müalicəni orda davam etdirdik və müsbət nəticə əldə etdik. Amma Bakıda "Loqos” adlanan mərkəzin ‘mütəxəssis’lərinə xeyli vəsait ödəsək də bir dəfə də demədilər ki, uşağın beynini müayinə edin, üstəlik xəstə uşağı da bizə döydürdülər. İndiyədək buna görə özümü bagışlıya bilmirəm” Görün o mərkəz pul qazanmaq üçün bu ailəni necə bədbəxt edib. Təsadüfi deyil ki, bu mövzuda bizə rəsmən müraciət edənlərin sayı da getdikcə artır''. 
‘’Loqos’’un mətbuat şöbəsinin rəhbəri Gülgün Quliyeva Criminal.az saytına açılamasında bildirdi ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, ''Loqos''la bağlı heç kim şikayət etməyib. Əgər kiminsə şikayəti varsa polisə və məhkəməyə verərək.
''Mətbuat çox adam haqda yaza bilər. Amma Şikayətçilər problemlərini saytlarla deyil, daha ciddi arenalarda həll edərlər. Bizdən belə bir şikayət yoxdur, bizimdə buna görə verməyə açıqlamamız da yoxdur. Bizimlə bağlı kiminsə ciddi problemi varsa polisə və ya məhkəməyə verə bilər. Orada da kartlarımızı paylaşa bilərik''-deyə G.QUliyeva vurğuladı. 




Загрузка...
Загрузка...

Xəbər lenti