Загрузка...

Prezident şərab zavodlarının işi barədə: “Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki...”

Prezident şərab zavodlarının işi barədə: “Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki...”
Загрузка...
Prezident İlham Əliyev ötən gün regionların inkişafına dair 2014-2018-ci illər üzrə Dövlət Proqramının yekunlarına həsr edilmiş konfransda yekun çıxışı zamanı şərab zavodlarının işindəki müəmmalı vəziyyət barədə danışıb. Virtualaz.org xəbər verir ki, prezident ölkədə üzüm tədarükünün artdığını, nəticədə şərab istehsalının da artmalı olduğunu deyib. Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə ölkədə 136 min üzüm tədarük edilmişdi, 2017-ci ildə isə bu rəqəm 152 min tona çatıb.
Prezidentin çıxışından sitat: İndi şərab istehsalı bizdə artmalıdır. Mövcud şərab zavodları tam gücü ilə işləməlidir. Çünki bu, hələ ki, belə deyil. Bir çox zavodlar tikilib, ancaq onların biri 20 faiz, biri 50 faiz, digəri 30 faiz gücü ilə işləyir. Bu, dözülməzdir. Ona görə tam gücü ilə işləmək üçün sahibkarlar gərək məsuliyyətli yanaşsınlar. Yoxsa indi tikiblər zavodları, amma istifadə etmirlər. Bu, çox qəribə hadisədir. Ona görə şərab istehsalı ilə bağlı dövlət ixrac imkanlarını genişləndirir, bütün sərgilərdə də iştirak edirik, yeni kontraktlar bağlayırıq, sahibkarlara kömək göstəririk. Tezliklə bizdə şərab ixracı artmalıdır».
Xatırladaq ki, ötən ilin əvvəllərində də prezident Nazirlər Kabinetinin yığıncağındakı çıxışında bu problemə toxunmuşdu. İlham Əliyev demişdi ki, dövlət şərab istehsalını və ixracını stimullaşdırmaq üçün tədbirlər görür, sahibkarların öz məhsullarını yeni bazarlara çıxarması üçün danışıqlar aparır, dost, tərəfdaş ölkələrlə danışıqlarda bu məsələ qaldırılır. Lakin sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar əldə ediblər. Prezident əlavə edib ki, şərabçılıqla bağlı vəziyyət ciddi təhlil edilməlidir. Və bunu həm iqtisadi strukturlar, həm hüquq-mühafizə, həm vergi orqanları həyata keçirməlidir.
İlham Əliyevin həmin çıxışından sitat: "Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır.”
Загрузка...
Загрузка...

Xəbər lenti