''Polislər dedi, səni lüt soyundurub videoya çəkərik'' iddasına CAVAB ''Polislər dedi, səni lüt soyundurub videoya çəkərik'' iddasına CAVAB

''Polislər dedi, səni lüt soyundurub videoya çəkərik'' iddasına CAVAB
Загрузка...
Bəzi xəbər saytlarında Cəbrayıl sakini Rövşən Ağayevin guya polis şöbəsində döyülməsi ilə bağlı yayılmış iddialara cavab olaraq bildiririk ki, yayılan bu məlumatlar polis əməkdaşlarının ünvanına söylənilən iftiradır və həqiqəti əks etdirmir. Bu barədə Criminal.az saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis leytenantı Məhəmməd Rzayev bildirdi ki, vətəndaş Rövşən Ağayev Cəbrayıl Rayon Polis Şöbəsinə ərazidəki bir vətəndaşın evinə qanunsuz daxilolma faktı üzrə şübhəli şəxs qismində gətirilib. Bir saat sonra o polis şöbəsini tərk edib.
Faktın qərəzliliyini həm də o sübut edir ki, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından verilən arayışda sözügedən şəxsin üzərində heç bir xəsarət olmadığı öz əksini tapıb. Hazırda Cəbrayıl Rayon Prokurorluğunda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək. 
Xatırlatma
R.Ağayev mətbuata müraciət edərək bildirmişdi ki, Biləsuvarda köçkünlərin yaşadığı 6 saylı qəsəbədə oğurluq hadisəsi olub. Bu hadisəyə görə 3-cü qəsəbədə yaşayan Rövşən Ağayev martın 2-də Cəbrayıl rayon polis şöbəsinə aparılıb, cinayəti boynuna götürməsi üçün şöbədə 4 saat döyülüb. 
Загрузка...
Загрузка...

Xəbər lenti