Загрузка...

“Polisə dedim ki, evdə 1 çanta var onu da verim” – Keçmiş məhkum narkotiklə yaxalandı – VİDEO

“Polisə dedim ki, evdə 1 çanta var onu da verim” – Keçmiş məhkum narkotiklə yaxalandı – VİDEO
Загрузка...
Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb. ARB TV xəbər verir ki, Polis İdarəsində üzərinə baxış zamanı ondan 7,29 qram narkotik maddə hesab edilən marixuana aşkar olunub.
Azər Quliyevin yaşadığı evə də baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 13 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. O, 20 ilə yaxındır ki, narkotik vasitə qəbul etdiyini bildirib.
Azər Quliyev – Saxlanılan şəxs: "Nəşə aldım çəkməyə. İçindən 12 dənə tum çıxdı. 12 dənə də nar ağacı var idi. Hərəsinə birini atdım. Narlarla bərabər onları da sulayırdım. Siqaret kimi hər gün çəkirdim. Polis şöbəsinə gətirdilər. Könüllü dedim ki, 1 çanta var gedək onu da verim”. Fakt araşdırılır.
Загрузка...
Загрузка...

Xəbər lenti