Ombudsman: "Prezident seçkiləri tam şəffaf keçirilir"

Ombudsman:
Загрузка...
"Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf keçirilir. Bakının əksər rayonlarında yerləşən seçki məntəqələrində olmuşam. Bu gün səhər səsvermə başlamazdan öncə məntəqəyə yaxınlaşanda, təəccübləndim. Məntəqənin qarşısında 10-12 seçici var idi. Bu da seçici aktivliyindən xəbər verir”. "Report”un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.
O bildirib ki, ölkədə hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir: "Seçkinin beynəlxalq və yerli müşahidəçilər izləyir. Onlar da prosesdən razıdırlar. Seçki məntəqəsində olarkən beynəlxalq müşahidəçi seçicilərin nizamlı-intizamlı olduğunu qeyd etdi. O bildirdi ki, sanki, ölkədə bayrm ab-havasıdır”.
Загрузка...
Загрузка...

Xəbər lenti