Nizami rayon rəhbərliyindən şəhidlərə hörmətsilik - FOTO

Nizami rayon rəhbərliyindən şəhidlərə hörmətsilik - FOTO
Загрузка...
Nizami Rayon İcra Hakimiyyəti rəsmilərinin başı səki və yaşıllıq əraziləri satmağa qarışıb. Ağacları gecə ilə kəsib növbəti gün ərazini satırlar. Rayon əraizisindəki abidələr, tarixi binalar uçulub dağılır. Criminal.az saytı bildirir ki, rayonun Bəkir Çobanzadə küçəsində yerləşən və Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ucaldılmış abidə dağılmaq ərəfəsindədir.
Rayon rəsmiləri isə sanki həmin abidəni görmürlər. Halbuki abidə icra hakimiyyəti rəsmilərinin tez-tez baş çəkdikləri restoranlar küçəsi kimi ad çıxaran Bəkir Çobanzadə küçəsinin lap başındadır. Nizami Rayon İcra Hakimiyyətindən həmin küçəyə keçmək üçün həmin abidənin başına dolanıb keçməlisən. Abidənin durumunu görməzdən gələn səlahiyyət sahibləri sonra da şəhidlərlə bağlı tədbir keçirib onlara sayğı göstərdiklərini iddia edirlər. 




Загрузка...
Загрузка...

Xəbər lenti