Navalny LIVE onlayn televiziya kanalının aparıcısı saxlanıb

Navalny LIVE onlayn televiziya kanalının aparıcısı saxlanıb
Загрузка...
Moskvada polis müxalif siyasətçi Aleksei Navalny-yə məxsus Navalny LIVE onlayn televiziya kanalının aparıcısını saxlayıb. Yelena Malakhovskaya Twitter-də yazıb ki, polis onu mayın 17-də yaşadığı binanın yaxınlığında saxlayıb.
Navalny-nin Antikorrupsiya Fondunun vəkili Ivan Zhdanov-un deməsinə görə, Malakhovskaya adamları mayın 5-də prezident Vladimir Putin-ə qarşı qanunsuz etiraz aksiyasına çağırmaqda təqsirləndirilir. Malakhovskaya 5 may aksiyasını canlı yayımlayıb. Həmin etirazlarda Navalny daxil olmaqla 1600 nəfər saxlanmışdı. İki gün sonra isə Putin-in dördüncü prezidentlik müddətinə andiçmə mərasimi keçirildi.
Загрузка...
Загрузка...

Xəbər lenti