''Müstəntiq məhkəməyə hər şeyin qanuni aparıldığını sübut edən sənəd təqdim etmədi''

''Müstəntiq məhkəməyə hər şeyin qanuni aparıldığını sübut edən sənəd təqdim etmədi''
Загрузка...
Apelyasiya Məhkəməsi jurnalistin iddiasını təmin etməyib 
Bakı Apelyasiya Məhkəməsində avqustun 27-də hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Səbayel Rayon Məhkəməsinin 26 iyul prosesində criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun mənzilində aparılan axtarışdan verilən şikayəti rədd etməsi haqda müraciətə baxılıb. Bu barədə jurnalist Anar Məmmədov Meydan TV-yə məlumat verib.
Jurnalist deyib ki, əvvəla, mənzilində axtarış məhkəmə qərarı olmadan aparılıb və kompüterini, telefonlarını, vergiyə aid sənədlərini müsadirə ediblər. Bundan sonra Səbayel rayon Məhkəməsi işə mahiyyəti üzrə baxmayıb. Məhkəmə şikayətinə məhkəmə nəzarəti qaydasında baxıla bilməz. Ancaq məhkəmə, qərarında bu iddiasını izah etməyib.
"Bundan sonra apelyasiya şikayəti verdik. Bugünkü prosesdə müstəntiq hər şeyin qanuni aparıldığını desə də, məhkəməyə bunları sübut edəcək sənəd təqdim etmədi”.
Anar Məmmədov bildirib ki, məhkəmə şikayətlərini təmin etməyib.
İyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindiriliblər. İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.
Criminalaz.com saytı məhkəmə qərarı olmadan bloklanıb.
Загрузка...
Загрузка...

Xəbər lenti