''Müstəntiq çağırdı ki, otağı təmir etdirirəm 300 atdım, nahara gedirəm 200 atdım’’ - Kürdəxanı həbsxanasından gələn zəng

''Müstəntiq çağırdı ki, otağı təmir etdirirəm 300 atdım, nahara gedirəm 200 atdım’’ - Kürdəxanı həbsxanasından gələn zəng
Загрузка...
Dələduzluq əməlinə görə azadlıqdan məhrum edilmiş məhkum polis müstəntiqindən şikayətçidir. Məhkum Rabil Rəhimov Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Elçin Mustafayevin onun külli miqdarda pulunu mənimsədiyini iddia edir: ''Güya məni həbsdən azad etdirəcəkdi, amma vədinə əməl etmədi. 6700 manat pulumu aldı, məhkəmədən buraxdırdı, amma yenə sonradan tutdurdu’’
Hazırda Kürdəxanadıa istintaq təcridxanasında saxlanılan R.Rəhimov Criminal.az saytına açıqlamasında bildirdi ki, hər şey 2016-cı ilin mayında polisə çağırılmağından sonra başlayıb: ''Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Elçin Mustafayev 2016-cı ilin mayında zəng edərək barəmdə şikayət olduğunu bildirdi. Dedi ki, idarəyə gələ də bilərsən, gəlməyə də.Mən də getmədim. Sən demə, o, mayın 31-də barəmdə axtarış verib. Avqustun 9-da məni saxladılar. Elçin idarədə mənə bildirdi ki, 6 nəfər şikayətçi var. Təklif etdi ki, elə axşama kimi 20 min manat çatdırsam azad olunacam. Dedi ki, 5 min bizim, 15 min də şikayətçilərin. Axırda 15 minə razılaşdıq. Hətta dedi rəisimiz Nəriman müəllim təzədi, Masallıdan gəlib. Elə Elçinin yanında dayım oğlu ilə danışdım. O da söz verdi ki, pulu səhər çatdıracam. Səhər də dayım oğlu gəlmədi, Elçin dedi ki, səni Şüvəlana göndəririəm, pulun düzəlsə geri qaytaracam. Avqustun 11-də məhkəmə barəmdə həbs qərarı verdi. 9 gün sonra biz şikayətçilərin pulunu düzəltdik, Elçinlə də məni içəridən çıxartmaq üçün 6 min manata razılaşdıq. Şikayətçilərə və Elçinə pul ödəndi, razılıq ərizəsi alındı. Maşınımı və şəxsiyyət vəsiqəmi də Elçin girov saxlamışdı. Onlar üçün də əlavə 700 manat verdik. Ümumilikdə 6700 manat ona pul verdik. Bundan sonra məni məhkəmə gətirib azad etdilər. Hətta sonra Elçin məni çağırdı ki, otağı təmir etdirirəm 300 atdım, nahara gedirəm 200 atdım’’.
R.Rəhimov deyir ki, azadlığa buraxılandan bir ay sonra yenidən polisə çağırılıb: ''Elçin mənə zəng edərək idarəyə çağırdı. Heç iki gün keçməmiş idarənin rəis müavini Nəzər müəllim mənə zəng etdi ki, yaxın qohumuma pul atmısan, gəl söhbət edək, onu heç şikayət etməyə qoymayım. Bu söhbətdən iki gün sonra yolda maşınımda gedərkən məni tutdular. Məni əvvəl 16-cı bölməyə apardılar, sonra Bakı Şəhər Baş Polis İdarəsinə. Amma öyrəndim ki, barəmdə axtarışı 6700 manat verdiyim Elçin Mustafayev verib. Bu adam məni salıb içəri, 9 gün sonra pul alıb buraxıb. Amma işimin heç birinə xitam verməyib. Mən indi həmin adamdan pulumu tələb edirəm. Oxşar hadisə Nizami rayonunda da olub. 2500 manat da orda verib çıxmışam. Amma hamısına ötürməni Elçin verib. Elçinlə bağlı prokurorluğa şikayət etmişəm. Prokurorluqdan da bir nəfər bura gəldi. Dedi ki, araşdırma gedir, nəticəsi barədə xəbər verəcəm’’.
''Düzdü indi həbsdəyəm, dələduzluq maddəsi ilə cəza çəkirəm. Amma məqsədim kiminsə pulunu mənimsəmək yox, onlara ev-eşik sahibi olmaqda kömək etmək olub. Nərimanov rayon icra hakimiyyətində Şəfayət adlı bir nəfər vardı, indi mənimlə həbsdədir. O, həmin icra hakimiyyətində Eldəniz müəllimin işçisi olub. Onun əli ilə Mehdabadda inşa olunan qaçqın evlərini düzüb-qoşmuşam. Köç vaxtı 11 nəfəri köçürtmüşük. Şəfayətin qaçqınkomda adamı vardı, Pənah Əliyev. Onu da işdən çıxrtdılar. Biz də bir neçə nəfərdən beh almışdıq, bundan sonra işimiz çevrildi. 13 nəfər şikayətçi vardı. Onlardan 5-6 nəfərin pulu bağlamışam. İlyarımdı içəridəyəm, cəzamı çəkirəm, inanmazdım ki belə hadisə ola bilər. O vaxt tutulmaqdan qorxduğum üçün pul verib çıxırdım. Bilsəydim şikayətçilərə verərdim. Məhkəmə 10 il cəza vermişdi. Apellyasiya şikayəti verdim, cəzam 3 il 9 aya endirildi. İndi də dedilər ki işim prezidentin təzə qərarına görə tənzimləməyə düşür. Görək başıma nə gəlir…’’ - deyə R.Rəhimov başına gələnləri danışdı.
Müstənti Elçin Mustafayev Criminal.az saytına bildirdi ki, R.Rəhimovun şikayəti ilə bağlı prokurorluq orqanı tərəfindən araşdırma aparılır. Ona görə də, heç bir açıqlama verə bilməz. Müstəntiqin tövsiyyə etdi ki, bu məsələ ilə bağlı aidiyyatı orqanlardan məlumat alaq.
Загрузка...
Загрузка...

Xəbər lenti