''Müsəlman Birliyi'' hərəkatının üzvlərinə hökm oxundu

''Müsəlman Birliyi'' hərəkatının üzvlərinə hökm oxundu
Загрузка...

Sədr müavini 15 il azadlıqdan məhrum edilib Hərəkat üzvlər 12 ildən 15 ilə qədər azadlıqdan məhrum edildilər Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda hökm oxunur. Hökmə əsasən, E.Qasımov 15 il, Ağəli Yəhyayevin 15 il, Nahid Qəhrəmanovun 13 il, Ramil Əliyevin 12 il 3 ay, Elgün Axundovun 12 il 6 ay, İsa İbrahimovun 12 il 6 ay, Vüsal Alışın 12 il 6 ay, Fərhad Muradovun 12 il 6 ay, Seymur Aslanovun 12 il 3 ay, Seyfəddin Şirvanovun 12 il 6 ay, Əli Şahbazovun 12 il 3ay və Əmirli Əliyevin 12 il 3 ay müddətinə müddətinə azadlıqdan məhrum ediliblər.

Загрузка...
Загрузка...

Xəbər lenti