Müdafiə Nazirliyi “veteran alveri” iddiasına reaksiya verdi – MƏKTUB

Müdafiə Nazirliyi “veteran alveri” iddiasına reaksiya verdi – MƏKTUB
Загрузка...

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun ölkədə 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi gəzdirdiyini bildirib. Onun bu fikirləri saxta müharibə veteranı statusu qazananların məsələsini bir daha gündəmə gətirib.

S.Novruzovun "Yeni Müsavat”a dediklərindən sitat: "Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

Buna da bax: Siyavuş Novruzovun bəhs etdiyi veteran alverinin gizlinləri

Criminal.az diqqətə çatdırır ki, Gədəbəydə 300-700 vətəndaşa 500-1000 manat qarşılığında Qarabağ veteranı statusu satılması haqda mətbuatda xəbərlər var. Bir müddət əvvəl yayılan xəbərlərdə deyilirdi ki, ötən il aprel döyüşləri gedən günlərdə Gədəbəyin icra başçısı Ramiz Yediyarov 700 nəfərə yaxın şəxsdən veteranlıq statusu verilməsi üçün adambaşına 500-1000 manatdan olmaqla pul yığdırıb. Həmin şəxslərin siyahısı təsdiq olunmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib. Beləcə, atəşkəsdən 24 il sonra güllə səsi eşitməmiş adamlara pul müqabilində status satılıb. Bu şəxslərin çoxunun həmin illərdə Gədəbəy, heç ölkə ərazisində olmadıqları haqda məlumatlar da vardı. İcra başçısı Ramiz Yediyarovun bu əməli dövlət büdcəsini birbaşa ildə 350-400 min manat əlavə xərcə saldığı da həmin yazılarda vurğulanırdı.

Buna da bax: Baş Prokurorluq Ramiz Yediyarovun "Qarabağ veteranı” biznesini təftiş edir - Təfsilat

Criminal.az saytı bu məsələ ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, dövlət təhlükəsizlik xidmətnin rəisi Mədət Quliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə və Hesablama Palatasının sədri Vüqar Gülməmmədova informasiya sorğusu ünvanlayıb. Həmin sorğuda  deyilir:

Mətbuatda Gədəbəy Rayon İcra Hakimiyyətindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə göndərilən siyahı əsasında vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsindən kütləvi surətdə müharibə veteranı statusu verilməsi haqda xəbərlər var. Yayılan xəbərlərə görə, 300-700 arası mülki şəxsə 1988-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etmələri haqda heç bir əsası olmayann arayışlar verilib. Bu şəxslərin çoxunun həmin illərdə Gədəbəy, heç ölkə ərazisində olmadıqları haqda məlumatlar var. Bununla əlaqədar olaraq aşağıdakı suallara aydınlıq gətirilməsi zərurəti var:

1 Gədəbəy Rayon İcra Hakimiyyəti hansı faktları əsas tutub 23 il sonra həmin şəxslərin müharibədə iştirakını sübut edə bilir?

2. Bu qədər şəxsə status verilməsi indiyədək onların hüquqlarının pozulması anlamına gəlmirmi?

3 Həmin şəxslərə müvafiq müavinət əvvəlki dövrlər üçün də verilməlidir?

4 Yayılan məlumatlara görə, bu şəxlərə status verilməsi 500-1000 manat civarında rüşvət hesabına başa gəlir. Müharibə iştirakçısı kimi şərəfli bir adın pulla satılması halları varmı?

5 Varsa, bu hallarla bağlı məlumatları bölüşün, hüquq mühafizə orqanlarına müraciət olunub-olunmaması haqda məlumatları bölüşün. 

Sorğumuza bu günə qədər Hesablama Palatası, Baş Prokuroluq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən cavabları oxucularımızın müzakirəsinə təqdim etmişdik. Hesablama Palatası qeyri-müəyyən cavab vermişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən cavab isə sualları əhatə etmirdi. Əsasən veteran statusunun verilməsi üçün təqdim olunan sənədlərin kötüklərinin yoxlanılması səlahiyyətlərindən niyə istifədə etmədiklərinin üzərindən sükutla keçilirdi. Halbuki məhz bu hərəkətsizlik veteran statusunun döyüş görməyən şəxslərə verilməsinə yol açdığı iddia olunurdu. Vəzifəli şəxslərin hərəkətsizliyi dövlətin üzərinə əlavə yükün qoyulması ilə yanaşı döyüşmüş şəxslərə qarşı həqarətdir.  

Qeyd edək ki, Baş Prokurorluqdan sorğumuza verilən cavabda bildirilirdi ki, məsələ araşdırılması üçün Gədəbəy Rayon Prokurorluğuna və Müdafiə Nazirliyinə göndərilib.  

Saytımıza Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən də məsələ ilə bağlı məktub daxil olub. 

Məktubda deyilir: 

"Azərbaycan Respublikasının Baş Prokurorluğundan Müdafiə Nazirliyinə daxil olmuş informasiya sorğunuza cavab olaraq bildirirəm ki, Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon bölməsinə göndərilən siyahı əsasında vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon şöbəsindən müharibə veteranı statusu verilməsi haqqında xəbərlərdə Müdafiə Nazirliyi ilə bağlı məlumatlar öz əksini tapmamışdır. Əlavə olaraq bildirirəm ki, "Müharibə veteran” adının verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə çoxlu sayda müraciətlər daxil olur. Hər bir müraciət Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən baxılır, lazımi orqanlara, idarələrə sorğular göndərilməklə araşdırma aparılır. Bu zaman komissiya müraciət etmiş şəxsin həqiqi hərbi xidmət keçməsini, döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədləri (arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar) yoxlayır və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 N-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteran” ‘Silahlı Qüvvələr veteran” və "Əmək veteran” adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən kollegial şəkildə müvafiq qərar qəbul edir”.

Qeyd edək ki, sorğu ilə bağlı digər ünvanlardan təqdim oluncaq cavabları da oxucularımızın müzakirəsinə verəcəyik.

MüdafiəMüdafiəMüdafiəMüdafiəMüdafiə
Загрузка...
Загрузка...

Xəbər lenti