''Elnarə Rzayeva gördü ki, donuza oxşadım, rahatladı...'' ''Elnarə Rzayeva gördü ki, donuza oxşadım, rahatladı...'' ''Elnarə Rzayeva gördü ki, donuza oxşadım, rahatladı...''

''Elnarə Rzayeva gördü ki, donuza oxşadım, rahatladı...''
Загрузка...
Tanınmış rəqqasə və model Aydan Hüseynli də özünü kosmetoloq Elnarə Rzayevanın qurbanı hesab edir. O, Criminal.az saytına açıqlamasında bildirdi ki, E.Rzayeva heç bir zərurət olmadan sifətində prosedur edib və onu bərbad hala salıb:
''Xahiş etdilər ki, gəl salonda həm mənim, həm də rəfiqəm Ayselin model kimi şəklini çəksinlər. Dedim ki, maska edib şəkilimi çəkərsiniz, onunla da bitər. Elnarə dedi ki, gəl burunla dodaq arasındakı xətti gel ilə dolduraq. Dedim ki, mənim yaşım azdır, ora gel doldurmaq uyğun deyil, Bildirdi ki, mütləq indi etmək lazımdır, sonra xətt dərinləşəcək. Beynimi çaşdırdı. İlk olaraq bir gel açdı, ikincini necə açmağından xəbərim olmadı. Sən demə, o bir geli dodağmda bir tərəfə, bir qramını isə o biri tərəfə vurub. Üzüm şişdi, donuza döndüm. Sonra həmin gel göz nahiyəmə qalxdı. Çox şükür ki, təbii gel idi, xeyli vaxt keçəndən sonra düzəldi. Amma uzun müddət belə oldum''.
A.Hüseynli hesab edir ki, Elnarə Rzayeva sanki insanları pis günə salmağı xoşlayır: ''Mən axı pul verməmişdim. Belə baxanda 2 qram təbii gel vurdu üzümə. Bunun da müəyyən qiyməti var. Elə bil ona ləzzət edir, götürüb iki qramı doldurdu üzümə. Özü də üzüm balacadı, yanaqlarım normaldır. Gördü ki, donuza oxşadım, bu rahatladı. Çox qəribə insandı, vallah''.
Şikayətçi E.Rzayevanın Azərbaycandan deportasiya olunmasını istəyir: ''İstəyirəm onu cəzalandırsınlar. Bu qədər insana əzab-əziyyət verib, pullarını alıb. İstəyirəm şikayət edək ki, bu qızı deportasiya etsinlər ölkədən. İnstagram profilimdəki hekayəmdə onun haqda yazmışdım. Təhqir olmadan, sadəcə insanları pis günə qoyması haqda yazmışdım. Sonra öz səhifəsində başladı mənim haqımda təhqirlər yazmağa. Mənə və rəfiqəmə küçə qızı dedi. Guya biz ona yalvarmışıq ki, bizi pulsuz qəbul etsin. Pulsuz qəbul etmədiyinə görə belə danışırıq. Biz də onun instagramdakı şərhini tapdıq. Orda yazır ki, qızlar model kimi salonuma gəlin sizə qulluq edim. Bax belə şərəfsizdir, istəyirəm cəzasını alsın''. 
Xatırladqq ki, Elnarə Rzayevanın prosedurlarının qurbanı olduğunu deyən daha bir neçə şikayətçi var. Onlardan model Esmira Yusifova, Xalidə Qasımova, X.F-yeva, E.M-ovanı qeyd etmək olar. E.Rzayeva isə barəsində səslənən ittihamları süni dodaq gelinə qarşı mübarizə apardığına görə rəqib kosmetoloqlar tərəfindən ona qarşı aparılan "qara piar” adlandırır. Sosial şəbəkələrdə, mətbuatda hər kəsi inandırmağa çalışır ki, dünyada süni dodaq gelini əməliyyatsız məhv edən yeganə mütəxəssisdir. Halbuki digər açıqlamalarında dolayısı da olsa süni geldən istifadə etdiyini etiraf edir, hətta qiymətlərini açıq-aşkar bildirir.


Загрузка...
Загрузка...

Xəbər lenti