Minik maşını motosikletlə toqquşub, 2 nəfər yaralanıb Minik maşını motosikletlə toqquşub, 2 nəfər yaralanıb

Minik maşını motosikletlə toqquşub, 2 nəfər yaralanıb
Загрузка...
 Ələt-Astara magistralının 200 km-də, yolun Lənkəran rayonundan keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report"un Cənub bürosunun məlumatına görə, "VAZ-2107" markalı "42-BL-759" dövlət qeydiyyat nişanlı avtomobil Digah kəndi ərazisində 1962-ci il təvəllüdlü Lənkəran şəhər sakini Abbasov Qurbanın idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.
Nəticədə motosikletin sürücüsü və Ürgə kəndindən olan 1981-ci il təvəllüdlü sərnişini Samir Şiriyev xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti daha ağır qiymətləndirilən Q.Abbasova qapalı kəllə-beyin travması, alın-gicgah nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir. 




Загрузка...
Загрузка...

Xəbər lenti