“Min bir gecə”də azərbaycanlını bıçaqlayan zabitə hökm oxundu

“Min bir gecə”də azərbaycanlını bıçaqlayan zabitə hökm oxundu
Загрузка...
Rusiyanın Yekaterinburq şəhər hərbi məhkəməsi zabit Bekxan Quçikovu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Musavat.com yerli KİV-lərə istinadən məlumat verir ki, rus zabiti Azərbaycan vətəndaşı Ramiz Qənbərovu bıçaqlamaqda ittiham olunub. Məlumata görə, hadisə şəhərdəki "Min bir gecə” restoranında baş verib. Quçikovun sərxoş halda səs-küy saldığını görən Qənbərov onu sakit olmağa dəvət edib. Rus zabit isə özündən çıxaraq əlindəki bıçaqla Qənbərova hücum edib.
Nəticədə sinəsindən, boynudan və sifətindən 12 bıçaq yarası alan Qənbərov ağır yaralı halda xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Quçikov isə hadisədən dərhal sonra Permə qaçsa da, polis onu həbs edə bilib.
Загрузка...
Загрузка...

Xəbər lenti