Milli Qəhrəmanlara verilən Prezident təqaüdü artırıldı

Milli Qəhrəmanlara verilən Prezident təqaüdü artırıldı
Загрузка...
Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
"Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib. İndiyədək bu təqaüdün məbləği 1300 manat olub.
Загрузка...
Загрузка...

Xəbər lenti