Meyiti Cənubi Osetiyadan qaytarılan gürcünün 'daxili orqanları yoxdur'

Meyiti Cənubi Osetiyadan qaytarılan gürcünün 'daxili orqanları yoxdur'
Загрузка...
Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsində həbsdəykən ölmüş və sonradan separatçılar tərəfindən meyiti Tbilisiyə qaytarılmış gürcünün daxili orqanları çıxarılıb. Bu məlumatı mərhumun ailəsinə Gürcüstan prokurorluğu verib.
Arçil Tatunaşvilinin atası və ailənin vəkili aprelin 16-da AzadlıqRadiosuna deyiblər ki, prokurorluq onlara meyitdə daxili orqanların olmadığını bildirib. Giorgi Tatunaşvili və ailə vəkili Tamar Avaliani Gürcüstan hökumətini mərhumun çatışmayan orqanlarının tibbi ekspertiza üçün Tbilisiyə qaytarılmasına nail olmağa çağırıblar. Onların fikrincə bu, Gürcüstan prokurorluğunun qətl ittihamı ilə açdığı cinayət işinə kömək edərdi.
Rusiyanın dəstəklədiyi Cənubi Osetiyanın hakimiyyət orqanları bildirir ki, 35 yaşlı Tatunaşvili fevralın 22-də kameraya salınarkən polisə hücum edib və bu zaman ürək tutmasından vəfat edib. Tatunaşvili Cənubi Osetiyada terror hücumları hazırlamaqda ittiham olunaraq həbs edilmişdi. Onun meyiti martın 20-də Gürcüstanda və xaricdə ictimai hiddətin ifadəsindən sonra Tbilisinin nəzarətində olan əraziyə ötürülmüşdü.
İşgəncə qurbanlarının reabilitasiyası "The Empathy” mərkəzinin ekspertləri deyirlər ki, Tatunaşvili böyük bir ehtimalla işgəncələr nəticəsində ölüb. Onlar bildirirlər ki, meyitin üzərində çoxsaylı xəsarət izləri var.
Загрузка...
Загрузка...

Xəbər lenti