''Mənim kimi zabitin başına gətirilən bu biabırçılıqdan sonra...'' - Veteran polkovnik İlham Əliyevə yazır

''Mənim kimi zabitin başına gətirilən bu biabırçılıqdan sonra...'' - Veteran polkovnik İlham Əliyevə yazır
Загрузка...
Azərbaycanın veteran polkovniki ölkə başçısına müraciət edib. Silahlı Qüvvələr və Ədliyyə polkovniki, müharibə veteranı Rasim Sadıqov İlham Əliyevə müraciətdində Penitensiar Xidmətin Maliyyə-İqtisad İdarəsində və Maliyyə Nazirliyinin hərbi qurumların maliyyə şöbəsində baş vermiş və verməkdə olan ciddi korrupsiya hallarının araşdırlması, hərbiçilərə ayrılmış istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyaların dərhal ödənilməsini istəyir. 

Veteran polkovnikin Criminal.az saytına da ünvanladığı müraciətdə deyilir: Zabit olaraq Silahlı Qüvvələrdə 1992-ci ildən 2010-cu ilədək məzuniyyətə çıxmadan qulluq etdikdən sonra 2012-ci ilədək Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə polkovnik rütbəsində vəzifələrdə işləmişəm, sonra isə təqaüdə çıxmışam. İstər 1992-1994-cü illərdə cəbhə zonasında müharibə zamanı, istərsə də arxa cəbhədə müxtəlif vəzifələrin icrası zamanı Ali Baş Komandanın tapşırıqlarına əsasən məzuniyyətsiz qulluq etmişik. Çox təəssüflər olsun ki, fasiləsiz xidmət etdiyim 20 il ərzində mənə dövlətimiz tərəfindən ödənilməli olan məzuniyyətə görə kompensasiyamızı 6 ildir ala bilmirik.
İllərdir ki, yuxarı orqanlara vurduğum teleqramlar, etdiyim rəsmi müraciətlərə başdansovudu cavablar verirlər. Təəssüflər olsun ki, bu məmurlar unudurlar ki, mən bir zabit kimi cəbhə zonasında düşmənə qarşı vuruşub torpaqlarımızı qorumasaydım, bu gün Maliyyə, Ədliyyə nazirliklərinin maliyyə idarə rəhbərləri yumşaq kreslolarda oturub maxenasiyalarla məşğul ola bilməzdilər. Utanmadan mənə yazdıqları cavab məktublarında bu idarə rəhbərləri bildirilər ki, "Penitensiar xidmətin büdcə xərclərinin müvafiq maddəsinə vəsait ayrıldığı təqdirdə Sizə və pensiyada olan digər sabiq əməkdaşlara istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməsi məsləsinə baxılacaqdır.” 

Təbii sual olunur: Nə vaxt? Saat neçədə? Neçənci əsrdə? Bu qeyri-müəyyən rəsmi cavaba münasibətim budur ki, polkovnikə bürokrat olduğunuzu etiraf edirsiniz. Mənim məzuniyyət pulum hər il hesablanıb və dövlət büdcəsindən ayrılb. İndi bu maliyyə idarələri bu pulları necə və hansı təyinatla mənimsəyiblər, bu onların öz işləridir. Bu pulları mən qanım bahasına qazanmışam. Və heç kimin haqqı çatmır ki, belə pulları mənimsəyərək mənə başdansovudu və əsassız cavablar yazsın!
Verilən tapşırıqları layiqincə yerinə yetirərk çoxsaylı orden və medallara layiq görülmüşük. Lakin bu gün səngərlərdə itirdiyimiz sağlamlığımızın bərpa olunması üçün ehtiyac duyduğumuz məzuniyyət pullarımızı bürokratlardan ala bilmirik. Utanmadan bəhanə də gətirilər ki, guya hələlik dövlətin ödəniş etməyə pulu yoxdur.
Əgər mənim kimi sabiq polkovniki bu rəsmi qurum rəhbərləri rəsmən dolayırlarsa, sabah torpaqlarımızın azad edilməsi əmri verilərkən kim əlinə silah alıb vətəni qorumağa gedəcək? Axı bu bürokratlar mənim kimi hər bir Azərbaycanlının döyüş rühünü sındırırlar. Mənim kimi polkovnikin başına gətirilən bu biabırçılıqdan sonra görün sadə əsgər sabahı barədə nə düşünər? Sizdən xahiş edirəm Azərbaycan Ordusunda etdiyim fasiləsiz qulluğa görə mənə çatacaq məzuniyyət pulumun dərhal ödənilməsi barədə aidiyyatı qurumlara göstəriş verəsiniz.  





Загрузка...
Загрузка...

Xəbər lenti